Səfirlərin Şuşaya getməməsi erməniləri şirnikləndirib: - "Laçın dəhlizində mülki post qurulmalıdır"
"Rusiya Ermənistanı Azərbaycana qarşı daima təxribatlara sövq edəcək. İkinci Qarabağ müharibəsindən səkkiz ay keçməsinə baxmayaraq 10 noyabr və 11 yanvar razılaşmalarına Ermənistan Rusiyanın təlimatı ilə əməl etmir. Bununla yanaşı,0 Azərbaycana qarşı revanşist mövqeyini davam etdirir və ilkin şərt olaraq Qarabağda ermənilərin statusunu irəli sürür. Həmçinin Azərbaycan tərəfindən ikitərəfli danışıqların əleyhinə olaraq sərhədlərin delimitasiyası və demarkasiyasına atəşlə cavab verir”.
Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan Zəngəzur dəhlizinin açılmasına və ümumiyyətlə, Azərbaycanla əlaqələrin bərpasında maraqlı deyil:
“Təbii ki, Ermənistanın bu siyasətinin arxasında Rusiya durur. Məhz Moskva Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinə qarşıdır. Həmçinin Zəngəzur dəhlizinin açılmasını regional maraqlarına təhdid hesab edir. Qeyd edim ki, Ermənistanla Azərbaycan arasında gərginliyə və regionda sülhün əldə edilməsinə əsas əngəl Rusiyanın sülhməramlı qüvvələrinin məsuliyyət zonasında erməni silahlı birləşmələridir. Bu gün silahlı ermənilərə Laçın dəhlizi vasitəsilə silah-sursat daşınır. Hətta digər iriçaplı silahların daşınması həyata keçirilir. Halbuki 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri çıxarılmalıdır.
Amma Rusiya buna getmir və Qarabağda böhranı davam etdirməkdə maraqlıdır. Artıq qanunsuz silahlı erməni birləşmələri atəşkəsi mütəmadi pozur. Şuşa ətrafında bölmələrimizə qarşı hücum edilib.
Göründüyü kimi, Rusiya sülhməramlı qüvvələri Azərbaycana qarşı erməni silahlarının hücumunu təşviq edir və münaqişənin davam etməsi görüntüsünü təqdim edir. Məhz "Şuşa" bəyannaməsinin tez bir zamanda imzalanması Rusiyanın bu kimi provakasiyalarına qarşı Türkiyənin bizim müdafiəmizi təşkil etməsinə əsaslanırdı. Rusiya tərəfi üç tərəfli bəyannamənin yerine yetirilməsi əvəzinə artıq Qarabağda separtizmi qızışdırır və erməniləri silahlı hücuma təşviq edir. Belə olan təqdirdə azərbaycanlıların Xocavənd, Ağdərə və Xankəndiyə qayıtması mümkün olmayacaq.
Halbuki bu, 10 noyabr Birgə Bəyannaməsində azərbaycanlıların bu ərazilərə köçürülməsi və birgə yaşayış qeyd edilib. Artıq 7-ci bəndin təmini mümkün olmayacaq”.
Politoloq qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin artıq öz imzasının mürəkkəbi qurumamış müqaviləni görməzdən gəlir:
“Ermənistan Baş naziri Paşinyanın Moskvaya səfəri məhz əldə edilən razılaşmalara əməl edilməməsi təlimatının verilməsi idi. Çünki Rusiya Şuşa Bəyannaməsindən hiddətlənib, həmçinin Azərbaycanı KTMT dəvət etmək niyyətindədir. Amma Azərbaycan Rusiyanın layihələrində yer almayacaq. Rusiya Baş nazirinin müavininin Bakıya səfəri Azərbaycanın KTMT müşahidə institutuna üzv olması üçün danışıqlar aparıb. Onun əliboş Bakıdan qayıtması Şuşada ermənilərin bölmələrimizə qarşı hücumu ilə müşaiyət olundu.
Artıq Rusiya Qarabağda sülhməramlı deyil. Bunu Azərbaycan ictimaiyyəti bilməlidir. Rusiya Qarabağda növbəti dəfə Ermənistan Azərbaycan münaqişəsinin qızışdırılmasında katalizatordu. Məhz Prezident İlham Əliyev Ermənistanın növbəti dəfə mina xəritələrinin verməməsini qeyd etdi. Mina xəritəsini verməyən Azərbaycanla sülh bağlamayacaq. Azərbaycan bundan sonra daha da ciddi şəkildə Qarabağda silahlı erməni birləşmələrinin ləğvini tələb etməli və Laçın dəhlizində mülki post qurmalıdır. Vəziyyət qeyri-sabitdir. ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya getməməsi Ermənistanı daha da mümkün anlaşmalara qarşı mövqe tutmağa rəvac verir.
Rusiya Ermənistanı silahlandıracaq və iki ölkə arasında sülhün bərqərar olmasına imkan verməyəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 20:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 20:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti