reklam
Regionxeberlericom.az » Siyasət » Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi hara baxır: Sülhməramlılar lal, dronlar kor - FAKT BUDUR!

reklam

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi hara baxır: Sülhməramlılar lal, dronlar kor - FAKT BUDUR!



Son vaxtlar erməni bölmələrinin Azərbaycan mövqelərini atəşə tutaraq iki ölkə sərhədində gərginlik yaratması barədə məlumatlar daha tez-tez yayılmaqdadır. Onları dərhal Ermənistan Müdafiə Nazirliyi rədd edir və Azərbaycan bölmələrini eskalasiyada ittiham edir. Ancaq heç kim sərhəddə gərginliyin həqiqətən daha tez-tez baş verməsi faktı ilə mübahisə etmir.

Bütün bunlar nə deməkdir? Baş verənlər kimin marağındadır? Niyə sülhməramlıların komandanlığının və ya vəziyyəti izləmək üçün pilotsuz təyyarələri olan Ağdam bölgəsindəki Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin reaksiyası barədə heç bir şey eşidilmir?

AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.

Rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov:

“Hər şeydən əvvəl qeyd etmək istərdim ki, Ermənistan tərəfdən daha tez-tez atəşə tutulma, sərhəd ərazilərində və birbaşa Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Azərbaycan mövqelərinin atəşə tutulması və qarşı tərəfin cavab zərbələri İrəvan üçün torpaqların itirilməsindən yaşanan ilk şokun keçməsindən sonra daha tez-tez baş verməyə başladı. Üstəlik, bu gərginlik, taleyin iradəsi ilə, həqiqətən Qarabağ məsələsinin həllindən kənarda qalan ölkələrin artan diplomatik fəaliyyətinin aktivləşməsi fonunda baş verir. Hər şeydən əvvəl bunlar Fransa və ABŞ-dır.

İndi Nikol Paşinyan Rusiya tərəfinin Ermənistanın imzaladığı bəyənatı yerinə yetirəcəyinə dair verdiyi zəmanətlərə baxmayaraq, üçüncü oyunçuların təzyiqi ilə açıq şəkildə sülh prosesini sabotaj etməyə çalışır. Bu, əlbəttə ki, ilk növbədə Ermənistanın və onun xalqının deyil, təklif olunan nəqliyyat dəhlizlərinin özləri üçün faydalı olmadığını düşünən qlobalistlərin maraqları ilə bağlıdır. Məhz Şimal-Cənub dəhlizindən söhbət gedir. İndi Bakıya qarşı, Azərbaycanın 30 ildir Ermənistanı saxladığı blokdanı davam etdirmək niyyətində olduğu barədə ittihamlar absurddur, çünki İrəvana siyasi çıxış yollarından ən əlverişli yolu təklif edənlər Azərbaycan, Rusiya və Türkiyədir.

Həm Rusiya sülhməramlılarının, həm də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin silahlı insidentlərə açıq şəkildə cavab verməməsinə gəlincə, bu barədə bir qədər tələsik danışmazdım. Bir reaksiya var, amma tez-tez, mənim fikrimcə, müəyyən səbəblərdən qəbul edilən bəzi qərarları ictimaiyyətə açıqlamaq mümkün deyil. Bölgə çox qarışıqdır və təhlükəsizliyin qarantı olan ölkələr - Türkiyə və Rusiyanın hər hansı bir səhvi gərginliyin daha da artmasına səbəb ola bilər.

İrəvanın addımları ilə sülhməramlıları əvəzləməyə və digər oyunçuları sülhməramlı kontingentin əlavə qüvvələri kimi proseslərə cəlb etməyə çalışdığı açıq bir həqiqətdir. Buna icazə verilərsə, Fransa və ABŞ sərhəd xəttindəki sülhməramlı qüvvələr olaraq NATO bloku ölkələrindəki hərbi heyətlərindən birinin yerləşdirilməsini inamla dəstəkləyəcək. Rusiyada dedikləri kimi: “Bu, bizə lazımdırmı?” Əlbəttə, yox! Buna görə Rusiya tərəfindən İrəvanı dayanıqlı sülhə sövq etmək üçün bəzi təzyiq və məcburetmə tədbirlərinin görülməsinə şübhə etmirəm. Sadəcə olaraq, baş verən və yaxın gələcəkdə baş verəcək bütün diplomatik səfərləri və prosesləri diqqətlə izləmək lazımdır”.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Ermənilər müqavimət göstərə bildiklərini və münaqişənin bitmədiyini nümayiş etdirməyə çalışırlar. Ermənilər bu hərəkətləri ilə Minsk Qrupu həmsədrlərinin yenidən İrəvana uyğun gündəliklə prosesə qoşulmaları üçün ilkin şərtlər yaradırlar. Bununla birlikdə, bir şey əldə edə biləcəklərini düşünmürəm.

Qarabağ ərazisində baş verənlər Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi tərəfindən araşdırılmalıdır. Rus sülhməramlıları silahlı erməniləri cilovlamağa cəsarət etməzsə, o zaman hərbçilərimiz bu işi həyata keçirəcəklər. Bunun yerli ermənilər üçün çox ağrılı nəticələri olacağı və rus sülhməramlılarının nüfuzuna zərbə vuracağı aydındır. Buna görə də Moskva vəziyyəti yumşaltmağa çalışacaq.

Sərhəddəki vəziyyət də asan deyil. Ermənilər ələ keçirilmiş Azərbaycan eksklavlarını həyasızcasına azad etmək istəmirlər. SSRİ Baş Qərargahının xəritələri əsasında sərhədin delimitasiyası ilə bağlı danışıqlardan da yayınırlar. Yenidən başlarına qapaz dəyməyincə, çətin ki, özlərinə gəlsinlər. Ancaq həm beynəlxalq hüquq, həm də güc bizim tərəfimizdədir. Buna görə səbrlə və ardıcıl olaraq siyasi xəttimizin irəliləməsinə nail olmalıyıq”.



Paylaş:


Müəllif : Tarix:
19-07-2021, 15:58
Sikayət   


loading...
Загрузка...