reklam
Regionxeberlericom.az » Siyasət » Riskə getməliyik! - “...Azərbaycan Şimali Kiprin müstəqilliyini tanısın”

reklam

Riskə getməliyik! - “...Azərbaycan Şimali Kiprin müstəqilliyini tanısın”



“Bizim bu addımı atmağımıza türklərin haqqı çatır. Qəribədir ki, demokratiyadan danışan Qərb özü ədalətsizlik edir və haqsızlığa göz yumur”.
Bu sözləri Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıması barədə “Sherg.az”a danışan politoloq Natiq Miri dedi.
N.Mirinin fikrincə, biz Türkiyənin siyasətinə dəstək olmalıyıq:

“Beynəlxalq aləmdə yaranan geosiyasi vəziyyət imkan verir ki, Azərbaycan Şimali Kiprin müstəqilliyini tanısın. Hər halda bu, ciddi çətinliklərlə nəticələnməyəcək. Çünki biz torpaqlarımızı artıq azad etmişik. Həmçinin Qarabağ iqtisadi zonasının yaradılması da potensial təzyiqlərin qarşısını alır. Qarabağ problemi artıq bitib. Heç bir güc yeni reallığı dəyişə bilməz”.

Politoloq, həmçinin deyib ki, adekvat addımlar uğursuz olacaq:

“Bəzi ölkələr buna altenativ olaraq Qarabağın müstəqilliyini tanımağa cəhd edə bilərlər. Lakin bu, onların ədalətsiz və qeyri-ciddi dövlət olmalarından xəbər verəcək. Rusiyanın Abxaziyanın və Osetiyanın bir hissəsinin müstəqilliyini tanıması nəticə verdimi? Yox. Dünya birliyi buna məhəl qoymadı. Odur ki, riskli və strateji əhəmiyyətli addım atmağa ehtiyac var. Bu, Azərbaycanın türk dünyasındakı mövqeyini gücləndirəcək”.


Paylaş:


Müəllif : Tarix:
22-07-2021, 17:13
Sikayət   


loading...
Загрузка...