reklam
Regionxeberlericom.az » Siyasət » Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları qaldırıb

reklam

Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları qaldırıb



Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları ilə çıxış edib.

URA.RU Yaponiyanın “Qütb tədqiqatları Milli İnstitutuna” (NIPR) istinadən xəbər verir ki, iddialar Qərbi Antarktida bölgəsinə aiddir.

Belə ki, 1911-12 illərdə yaponlar bu ərazilərdə antarktik ekspedisiya təşkil ediblər və buna görə mövcud “Russkaya” stansiyasının fəaliyyətini qeyri qanuni hesab edirlər.

Rusiya isə öz növbəsində Antarktida qitəsində Meri Berd sahillərinin hələ 1820-ci ildə rusiyalı admirallar Bellinqsqauzen və Lazarev tərəfindən açıldığını bildirir.

Xatırladaq ki, Yaponiya və Rusiya arasında Cənubi Kuril adaları ətrafında ərazi münaqişəsi mövcuddur. Bu səbəbdən iki ölkə arasında II Dünya Müharibəsindən sonra sülh müqaviləsi hələ də imzalanmayıb.


Paylaş:


Müəllif : Tarix:
25-07-2021, 14:05
Sikayət   


loading...
Загрузка...