Lukaşenko Lətif Qəndilova dedi: - “Afərin sizə, qərbin təzyiqləri qarşısında əyilmədiniz...”
Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Minskdən ötən həftə geri çağrılan səfiri Lətif Qəndilovu diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib. Virtualaz.org xəbər verir ki, görüşdən videosüjeti Belarus prezidentinin mətbuat xidmətinin telegram-kanalı yayıb. Lukaşenko Lətif Qəndilovun Belarusu tərk etməsinə görə təəsüfləndiyini bildirib.
“Nəsə pis ənənədir: bizim ən yaxşı səfir dostlarımız gedirlər və biz ümid etməli oluruq ki, sizdən sonra gələnlər də bizim yaxşı dostlarımız olacaqlar. Və biz də sizin vaxtınızda olduğu kimi Azərbaycanla ən yaxın münasibətlər qura biləcəyik”,-Lukaşenko bildirib.
Lukaşenko daha sonra Azərbaycana Qərbin sanksiyalarına baxmayaraq, Belarusun neftayırma zavodlarına neft təchizatını həyata keçirdiyi üçün təşəkkür edib.
“Sizə Belarusa neft təchizatına görə təşəkkür edirəm. Afərin sizə, qərb dövlətlərinin təzyiqləri qarşısında əyilmədiniz. Bir sözlə, sözünüzün üstündə durursunuz: necə razılaşmışdıqsa elə də hərəkət edirik. Bu, indiki dünyada baha başa gəlir. Siz də bizə arxayın ola bilərsiniz. Mənim Azərbaycana bu yaxınlarda etdiyim səfərlər zamanı əldə edilmiş həmin razılaşmaların yerinə yetirilməsinə hazırıq”,-Belarus prezidenti missiyasını başa vuran səfirə deyib.
Xatırladaq ki, ötən il Belarusla Rusiya neft şirkətləri arasında mübahisələr fonund SOCAR Belarusa 1 milyon ton neft təchizatı həyata keçirmişdi. Təchizat bu il də davam edib.
Aleksandr Lukaşenko Azərbaycanla Belarus arasında münasibətləri qardaşlıq münasibətləri adlandırıb və bunu keçmiş SSRİ-nin digər ölkələrinə nümunə göstərib. “Biz tez-tez dediyimiz kimi, bu münasibətlər qardaşlıq münasibətləridir. Bu, Sovet İttifaqı dövründən qalan yaxşı münasibətlərə nümunədir: bir vaxtlar biz eyni dövlətin tərkibində idik və yaxşı, parlaq münasibətlərimiz var idi, biz bu münasibətləri nəinki saxlaya bildik, üstəlik daha da artırdıq”,-o deyib.
Lukaşenko Qarabağ mövzusuna da toxunub, deyib ki, sülhün yolu hələ indi açılır. “Əsasən Azərbaycanın və sizin Prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud olan problemlərin dinc yolla nizamlanmasına gəlib çıxa bildiniz. Əlbətdə, sülhə aparan yol hələ indi başlayır. Həm erməni, həm Azərbaycan xalqı sakit, dinc həyata layiqdir”,-Belarus rəhbəri bildirib.
Lətif Qəndilov isə Lukaşenkonu Belarus dövlətinin “arxitektoru” adlandırıb: “Siz bu dövlətin qurucusu və arxitektorusunuz və bu münasibətləri siz qurmusunuz”.
virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:26-07-2021, 13:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-07-2021, 13:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29