![reklam](/templates/tema/images/saythazir.png)
Rusiya MN Xocavəndi ORTA ƏSR ERMƏNİSTAN TORPAĞI kimi təqdim etdi - növbəti HƏDSİZLİK...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2021-08/medium/1627885460_1627884727_0001.jpg)
Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının bir hissəsində rəsmən “sülhməramlı” adıyla müvəqqəti olaraq fəaliyyət göstərən Rusiya hərbi kontingenti müvafiq qurumlarımızın susqunluğundan istifadə edərək növbəti dəfə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirib. Bu dəfə sözügedən hərbi kontingentin Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı bölməsində Yuxarı Qarabağ, konkret olaraq Xocavənd rayonu ərazisi “Dağlıq Qarabağ” və “tarixi Ermənistan torpağı” kimi təqdim edilib.
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri bir həftə ərzində Dağlıq Qarabağdakı Amaras monastır kompleksini ziyarət edən 1000-dən çox zəvvarın və yerli sakinlərin təhlükəsizliyini təmin ediblər”.
Moderator.az xəbər verir ki, bu cümlə Rusiya MN-in saytının Azərbaycan torpağındakı rəsmən sülhməramlı hərbi kontingentinə aid bölməsində avqustun 2-i Moskva vaxtı ilə səhər saat 05:00-a aid məlumatındandır.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə bütün xarici dövlət və təşkilatlara Azərbaycan Respublikası daxilində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi olmadığını xatırlatmasına zidd olaraq Rusiyanın sözügedən dövlət qurumunun rəsmi saytının məlumatında “Dağlıq Qarabağ” ifadəsi işlədilir.
Ancaq daha “cəlbedici” həmin məlumatdakı digər cümlədir:
“Amaras - erkən orta əsr xristian monastırlarından biridir və Martuni rayonunda yerləşir. Orta əsr Ermənistanında məşhur dini və mədəniyyət mərkəzi statusuna malik olub”.
Əvvəla, Azərbaycan Respublikasında “Martuni” adlı ərazi inzibati vahidi də yoxdur. İkincisi də Orta əsrlərdə Amaras məbədinin yerləşdiyi ərazi Ermənistana aid olmayıb.
Xatırladaq ki, Rusiya MN-in rəsmi saytının “Dağlıq Qarabağ sülhməramlıları” bölməsində 2021-ci il aprelin 5-də də eyni “səhv” edilmişdi. İyulun 29-da isə eyni saytda Laçın rayonu "Dağlıq Qarabağın rayonu" kimi təqdim olunmuşdu(Bax://moderator.az/qarabagh/387669/rusiya-mn-lacini-daliq-qarabain-rayonu-adlandirdi-ve-ordaki-ermenilere-yardim-etdi/).
Zəruri arayış:
Amaras monastırı — Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən qədim Azərbaycan türklərinin xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.
Tarixi mənbələr həm monastırı, həm də onun əsas məbədini Qafqaz Albaniyasının birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirirlər. Vatnan çölündə öldürülməsindən sonra onun cəsədi hələ Maarifçi Qriqori tərəfindən inşa edilmiş monastır kilsəsinə gətirilmiş və burada sərdabədə (və ya altar altında) dəfn edilmişdir.
Arxeoloji tədqiqatlar zamanı abidənin üç inşaat mərhələsi müəyyən edilmişdir: birinci mərhələ IV əsrə, ikinci mərhələ X əsrə, üçüncü mərhələ isə XIX əsrə aiddir. Həmçinin, çoxsaylı məbəd inşa etdirmiş və köhnə məbədlərin bərpasına əmr vermiş Albaniya hökmdarı III Mömin Vaçaqanın (487-510) hakimiyyəti dövründə də məbəddə yenidənqurma işləri aparılmışdır. Lakin, çoxsaylı, inşaat, dağılma və yenidənqurma işlərinə baxmayaraq müasir məbəd binası öz ilkin formasını saxlaya bilmişdir.
Onu da vurğulayaq ki, Rusiya Müdafiə Nazirliyinin internet saytında 4 dildə - rus dili ilə yanaşı, fransız, ingilis və ispan dillərində təqdim olunur. Bu baxımdan həmin xəbərlərdə Azərbaycanın çağdaş inzibati-siyasi quruluşu, xəritəsi, eləcə də tarixi və konkret olaraq keçmiş Dağlıq Qarabağ ərazisinin tarixi mövzusunda Ermənistanın xeyrinə edilən hər bir yanlışlıq həm də beynəlxalq təbliğat kimi qəbul olunmalıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-08-2021, 10:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-08-2021, 10:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
![reklam](/templates/tema/images/reklam300.png)
Xəbər lenti
Bu gün, 14:01
Bu gün, 13:55
Bu gün, 11:17
Bu gün, 09:04
Bu gün, 09:02
Bu gün, 08:48
Dünən, 09:26
10-02-2025, 19:29
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739354429_mg_20250206_233932-1210x642.jpg)
Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739353951_4619a574-b55a-3eb9-9cf4-2bc31e9c7892_850.jpg)
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336344_1.jpg)
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336120_1.jpg)
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739291913_1.jpg)
Rəşad İsmayılov Ağgöl Milli parkında qanunsuz balıq ovunun qarşısını ala biləcək? - Yegerin oğlu qanunsuz dəstə yaradıb
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739335416_0001.jpg)
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739251498_sekil.jpg)
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu məsuliyyətə cəlb etdi - İordaniyadan gətirildi - Foto
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739201074_jsw1efegsz9x8mz1wu89bqjnroqii6vqct2ljb8e_1200.webp)