ABŞ 24 rusiyalı diplomata bir ay vaxt verdi
“Amerika Birləşmiş Ştatları Rusiya tərəfinə vizalarının müddəti bitdiyinə görə ölkəni sentyabrın 3 -nə qədər tərk etməli olan 24 diplomatın siyahısını təqdim edib”. “Report” xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov “National Interest” jurnalına müsahibəsində deyib.
“Vaşinqton birdən -birə viza prosedurlarını sərtləşdirdiyi üçün demək olar ki, onların heç biri əvəz edilməyəcək. Təəssüf ki, vəziyyət yaxşılığa doğru dəyişmir. ABŞ-dakı Rusiya diplomatik nümayəndəlikləri görünməmiş məhdudiyyətlər altında fəaliyyət göstərir. Bayden administrasiyasının diplomatiyanın vacib rolu və Rusiya ilə sabit, proqnozlaşdırıla bilən əlaqələri inkişaf etdirmək istəyi ilə bağlı açıqlamalarına baxmayaraq, Rusiyanın diplomatik varlığı mütəmadi olaraq zərbə alır” -deyə, diplomat bildirib.
Səfir bildirib ki, rusiyalı diplomatların ölkədən çıxarılması düşünlümüş bəhanələrlə həyata keçirilir:“Ötən ilin dekabrında Dövlət Departamenti, bildiyimiz qədər başqa heç bir ölkəyə şamil edilməyən rus personalına üç illik səyahət limiti tətbiq etdi”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2021, 22:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-08-2021, 22:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti