reklam
Regionxeberlericom.az » Siyasət » Paşinyandan böyük səhv - Türkiyə Ermənistana XƏBƏRDARLIQ ETDİ

reklam

Paşinyandan böyük səhv - Türkiyə Ermənistana XƏBƏRDARLIQ ETDİ



Yeni seçilmiş parlamentin ilk iclasında "Vətəndaş müqaviləsi" partiyası Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürməsindən sonra hazırda baş nazir vəzifələrini qazanaraq Ermənistan qanunvericiliyinə əsasən, ölkə prezidentinin çoxluq tərəfindən dəstəklənən namizədi baş nazir elan etməsindən sonra rəsmi İrəvanın sərhədlərin delimitasiya, demarkasiyası məsələsini manipulyasiya etmək cəhdlərinin azalacağı gözlənilsə də əksi müşahidə olunur. Bu qərardan sonra təxminən 15 gün müddətində yeni hökumətin formalaşdırılacağını nəzərə alsaq, Ermənistan hərbi-siyasi rəhbərliyinin region dövlətləri üçün konstruktiv olanı icra edəcəkləri gözlənilsə də görünür, rəsmi İrəvan 44 günlük müharibənin ağır məğlubiyyətindən dərs çıxarmaq əvəzinə yenə sərsəm addımlarla Bakının səbrini yoxlamaq fikrindədir.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycan hərbçilərinə atəş açmaq üçün əmr verməsi belə düşünməyə əsas verir. Belə ki, müdafiə nazirləri Arşak Karapetyanın kollegiya iclasındakı çıxışında dərhal Azərbaycan hərbçilərinə atəş açmağı və hər vasitə ilə məhv etməyi ciddi şəkildə əmr etməsi Ermənistanın növbəti təxribtlara hazırlıq gördüyündən xəbər verir. Ermənistan müdafiə nazirinin bu əmrini regional təhlükəsizliyə təhdid yaradan genişmiqyaslı təxribatların sifarişi kimi də qəbul etmək olar. Lakin regional təhlükəsizliyə təhdid yaradan bu cür təxribatçı çıxışa qarşı gəlin görək Türkiyədən başqa istər region, istərsə də böyük dövlətlərdən hansı birinin səsi çıxır.

Ermənistan hərbi rəhbərliyinin yeni təyin edildiyini nəzərə alsaq məhz bu təxribat yönlü açıqlamaların Qərb maraqlarına daha çox xidmət etdiyini düşünmək olar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının son iclasından sonra yayımlanan bəyanatda da Ermənistanı öz təcavüzkar həqarət və hərəkətlərindən əl çəkməyə çağırış xüsusi diqqət çəkdi. Bu bəyanatda da bildirilib ki, Ermənistan Cənubi Qafqazda uzun müddət sonra ortaya çıxan sülh və sabitlik fürsətini dəyərləndirməlidir, Ermənistan rəhbərliyi öhdəliklərinə sadiq qalaraq, region ölkələri ilə əməkdaşlığı inkişaf etdirməlidir.

Odla çarpışan Türkiyənin belə bir vacib məqamda Ermənistana bu bəyanatla çıxış etməsi vəziyyəti gərginləşdirməyə çalışan rəsmi İrəvanın region üçün yenidən ciddi təhdidə çevrildiyindən xəbər verir. Türkiyə höküməti bu bəyanatla Ermənistan rəhbərliyinə bildirmək istəyir ki, əslində ən təhlükəli odla siz oynayırsınız. Ermənistanın kapitulyasiya aktı hesab edilən 10 noyabr bəyanatının müddəlarını icra etmək əvəzinə sərsəm bəyanatlardan, revanşist açıqlamalardan, sərhəddəki təxribatlardan əl çəkməməsi onları daha böyük bir bəla ilə - regionun coğrafi xəritəsindən silinməsi təhlükəsi ilə üz-üzə qoya bilər.

Ermənistanın təxribat niyyətində olduğunu təsdiq edən növbəti fakt: Nikol Paşinyan baş nazir təyin edildiksən sonra ilk xarici səfərini İrana reallaşdırıb. Belə ki, Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə qatılıb. Ancaq hər kəsə məlumdur ki, o, İrandakı mərasimə başqa vəzifəli şəxsi də göndərə bilərdi. Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə şəxsən qatılmaqla bu ölkə ilə münasibətlərə verdiyi əhəmiyyəti ortaya qoymağa çalışır, bununla eyni zamanda yeni prezidentə Ermənistanın İrana sadiqliyini, verdiyi əhəmiyyətə göstərməklə gələcək yalvarışları, istəkləri üçün bir zəmin yaratmaq məqsədi güdür. Lakin İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində çıxışı zamanı Paşinyanın nümayiş etdirdiyi nəzakətsizlik və diplomatik etiketin pozulmasının bir adı var: Qaş düzəltdiyi yerdə göz çıxarmaq.

Tədbirdə iştirak edənlərdən yalnız Paşinyan sinxron tərcümə cihazını söndürüb, smartfonunda sosial şəbəkələrdə əylənməyə başlayıb ki, həmin kadrlar ildırım sürəti ilə istər sosial medianın erməni seqmentində, istersə də mediada yayılıb. Paşinyanın saymazyana davranışının İran kimi strateji tərəfdaşla münasibətlərə təsir edib etməyəcəyi isə Bakını təəccübləndirməyəcək.

Lakin istənilən halda fakt faktlığında qalır: Bu gün region üçün yeni mərhələ başlayıb. Bu mərhələni isə Azərbaycan müəyyənləşdirib.Vətən müharibəsi ilə regionun düzənini dəyişən, postkonflikt dövrünün gedişatını müəyyənləşdirən Azərbaycan 10 noyabr bəyanatının icrası üçün istənilən addıma hazırdır. Bunu rəsmi İrəvan daha yaxşı anlamalıdır ki, Azərbaycanı bu dəfə heç kim dayandıra bilməyəcək. Bakı rus sülhməramlıların nəzarətində olan məntəqələrin geri qaytarılmasını və həmin ərazilərə azərbaycanlıların geri qayıdışını təmin etməkdə israrlıdır. Üçtərəfli bəyanata görə Rusiya hərbçiləri həmin kəndlərin, o cümlədən Xocalı rayonunun tamamının Azərbaycanın müvafiq strukturlarının nəzarətinə qaydışını təmin etməlidir. Rusiya hərbçiləri bunu təmin etməsələr, Azərbaycan Ordusu müvafiq addımlar atmaq məcburiyyətində qalacaq.

Təhməz Əsədov
Milli.Az


Paylaş:


Müəllif : Tarix:
6-08-2021, 11:35
Sikayət   


loading...
Загрузка...