Yeni müharibəyə hazır olmalıyıq - Sülh müqaviləsi heç üfüqdə belə görünmür
"Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli razılaşmalara əsasən moderator olaraq Rusiya 10 noyabr Birgə Bəyannaməsinin öhdəliklərinin yerinə yetirlməsini təmin etməlidir. Amma Rusiya tərəfi demək olar ki, Qarabağda məsuliyyət zonasında militarist siyasət aparır. Qarabağda erməni silahlı birləşmələri qalmaqda, hətta Rusiya hərbiçiləri mövcud qaydalara zidd olaraq artilleriya vasitələrindən istifadə edərək təlimlər keçirir. Bundan əlavə, artıq Ermənistan tərəfi Qarabağa zirehli texnika və artilleriya vasitələri göndərir. Mühəndis-istehkam işləri aparılır”.
Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Rusiya sülhməramlı qüvvələri artıq Qarabağda sülh üçün deyil, erməni separatçılarını qorumaq və Qarabağın ermənilər yaşayan ərazisində hərbi istehkam qala formalaşdırır: “Qarabağda Rusiyanın apardığı proseslərdən aydın olur ki, 10 noyabr birgə bəyannaməsinin 4-cü və 7-ci bəndləri yerinə yetirilməyəcək. Silahlı erməni birləşmələri Qarabağda qalır və azərbaycanlıların Xankəndi, Ağdərə və digər yaşayış məntəqələrinə qayıtması mümkün olmayacaq. Nəzərə alaq ki, Şuşaya çəkilən Zəfər yolu və Laçın dəhlizindən yeni bir yolun çəkilməsi ilə ermənilərlə üzbəüz gəlməyəcəyik və ermənilərin yaşadığı ərazilərdən keçməyəcəyik, eyni zamanda Rusiya “sülhməramlı” adlanan hərbiçiləri ilə qarşılaşmayacağıq.
Politoloqun sözlərinə görə 10 noyabr Birgə Bəyannaməsini Rusiya və Ermənistan sabotaj edir: “Rusiya problemi körükləyir və ermənilərdən növbəti mərhələdə Azərbaycana qarşı təxribatlarda istifadə edəcək.
Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi imzalaması, Rusiyanı Qarabağda daha da aqressiv bir siyasət ortaya qoymağa sövq edib. Demək olar ki, hər gün Laçın dəhlizindən Qarabağa silah-sursart və artilleriya vasitələri daşınır. Artıq Rusiya hərbiçiləri Laçın dəhlizində və Qarabağda Azərbaycanın təhlükəsizliyini təhdid edir. Ümumiyyətlə, Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasına Rusiya imkan verməyəcək”.
M.Əsədullazadə qeyd edib ki, Rusiya hərbiçilərinin nəzarət etdiyi ərazilərdə erməni silahlı birləşmələrinin qalması, Ermənistanın Azərbaycanla mümkün razılaşmalara getməməsi, lokal hərbi əməliyyatların Azərbaycan tərəfindən başlanmasına rəvac verə bilər:
“Vəziyyət mürəkkəb olaraq qalır. Azərbaycanın bir çıxış yolu var. O da Qarabağdan Rusiya hərbiçilərinin çıxarılmasıdır. Demək olar ki, Rusiya tərəfi öhdəliklərə əməl etməyəcək. Bir neçə ildən sonra biz yenidən Qarabağda ermənilərlə növbəti müharibəyə hazır olmalıyıq. Əgər Ermənistanla sülh müqaviləsi bağlanacaqsa, bu müharibə olmayacaq. Ermənistanla sülh müqaviləsinin bağlanması isə heç üfüqdə belə görünmür. Rusiya Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini öz regional siyasətinə təhdid hesab edir. Əgər yaxın perspektivdə Laçın dəhlizinə nəzarət etməsək, bundan sonra ermənilər rahat şəkildə Qarabağa hərbi texnika yığacaqlar və Azərbaycana qarşı silahlanacaqlar. Rusiya hərbiçiləri də onlara bütün dəstəyi verəcək. Ona görə də Azərbaycan nə olursa olsun Laçın dəhlizinə nəzarət etməlidir. Azərbaycanın əsas strateji planı Laçın dəhlizinə nəzarəti bərpa etmək olmalıdır. Əks təqdirdə yeni müharibəyə hazır olmalıyıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-08-2021, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-08-2021, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52