Qazaxla sərhəddə rus qoşunlarının görünməsi təhlükəli deyil - NƏ ETMƏLİ?
Son günlər Rusiya sərhədçiləri Azərbaycanın Qazax rayonu ilə həmsərhəd Ermənistanın Voskepar kəndində dislokasiya edilir. Onların görünüşü Ermənistanda çoxlu suallar doğurub. Bu ölkənin Müdafiə Nazirliyi, sərhədçilərin bölgədə "maddi -texniki dəstək inşaat işləri" apardıqlarını söyləyiblər. Digər bir iddia isə odur ki, Paşinyan artıq Kremllə sərhədlə bağlı razılaşmalar əldə edib.
Bu arada, 90-cı illərin əvvəllərində ermənilər tərəfindən ələ keçirilən iki anklavın Azərbaycana tezliklə qayıdacağı barədə şayiələr Ermənistanda fəal müzakirə olunur. Qeyd edək ki, bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi təklifini rədd etmişdilər. Maraqlıdır, mövcud durumda Paşinyanın əsas istəyi nədir? Paşinyan Kremldən nəyi arzulayır? Əgər rus qoşunları sərhəddə yerləşdirilərsə, onun Azərbaycan üçün hansı təhlükələri ola bilər?
Suallarımıza BAXCP sədrinin müavini, politoloq Azər Qasımov aydınlıq gətirib. Politoloq qeyd edib ki, Qazaxla sərhəddə rus qoşunlarının peyda olmasında elə də ciddi mətləblər axtarmağa ehtiyac yoxdur:
"Görünən odur ki, Ermənistan Qazaxın işğal altında olan kəndlərini rus tərəfinin əli ilə Azərbaycana geri qaytarmaq fikrindədir. Ümumiyyətlə, burada rus tərəfinin mövcud olması mütləqdir. Çünki bəzi kəndlər eksklavdır, yəni Azərbaycanın ərazisi olsa da, Ermənistan əraziləri daxilindədir. Bu baxımdan da həmin kəndlərə gediş-gəlişin hələlik rus ordusu mənsublarının müşayiəti və qoruması altında olması təbiidir. Paşinyanın Kremllə bunu razılaşdırdığı açıqdır".
A.Qasımov əlavə edib ki, Paşinyan sərhəd məsələsini və ümumiyyətlə, Qarabağ ermənilərinin problemlərini Rusiyanın öhdəsinə buraxmaq istəyir:
"Paşinyanın fikrincə, bu məsələlər onsuz da, Ermənistanın həll edə biləcəyi məsələlər deyil. Rus qoşunlarının bizim sərhədə gəlməsində əslində təhlükəli heç nə görmürəm, əgər hadisələr indiki kimi davam edəcəksə. Əslində rus qoşunlarının sərhəddə durması yeni məsələ deyil. Xatırladım ki, Azərbaycanın Rusiya ilə də sərhəddi var və bu sərhəddə heç bir problem yoxdur, ya da problem yaradılmayıb".
Paylaş:
Müəllif : Yazar
Tarix:11-08-2021, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-08-2021, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52