reklam
Regionxeberlericom.az » Siyasət » Bayden “Taliban”a xəbərdarlıq edib

reklam

Bayden “Taliban”a xəbərdarlıq edib


ABŞ Əfqanıstandakı diplomatik missiyasının əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bu ölkəyə 5 min hərbçi göndərib. “Report” xəbər verir ki, bu barədə ABŞ rəhbəri Cozef Bayden bildirib.

O, qeyd edib ki, Əfqanıstana 5 min hərbçinin göndərilməsi barədə sanksiya verib. Bununla bağlı qərar kəşfiyyatçıların, hərbçilərin və siyasətçilərin tövsiyəsi əsasında qəbul edilib.

Birləşmiş Ştatların rəhbəri eyni zamanda “Taliban”ı hədələyib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ Əfqanıstandakı diplomatik heyətini təhlükə altına qoyan istənilən addıma hərbi əməliyyatla cxavab verəcək.

"Əfqanıstanın ərazisində onlar tərəfindən ABŞ-ın personalını və ya bizim missiyamızı təhlükə altına qoyacaq istənilən hərəkətlər ABŞ-ın sürətli və qətiyyətli hərbi cavabı ilə qarşılanacaq", - Baydenin bəyanatında deyilir.

ABŞ prezidenti qeyd edib ki, bu barədə “taliblər”in nümayəndələrinə Dohadakı danışıqlarda bildirilib.

Qeyd edək ki, ABŞ Əfqanıstdakı diplomatik missiyasının əməkdaşlarını ölkədən təxliyyə edir. Buna səbəb “Taliban”ın Əfqanıstanın şəhərlərinin əksəriyyətini ələ keçirməsidir.



Paylaş:


Müəllif : Tarix:
15-08-2021, 09:35
Sikayət   


loading...
Загрузка...