Azərbaycan Türkiyədən daha çox silah istəyir: - Onlar Rusiya silahından "daha yaxşıdır"
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına səfər edib.
Müdafiə naziri “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Maraqlıdır, Müdafiə nazirinin Türkiyəyə səfərinin məqsədi nədir? Rus silahları türk silahları ilə müqayisədə nə qədər keyfiyyətlidir?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa Türkiyə ilə hərbi əməkdaşlığın vacibliyini vurğulayıb:
“İstənilən halda bizim Türkiyə ilə hərbi əməkdaşlığımız var. Zamanın tələbinə uyğun olaraq, Azərbaycan ilə Türkiyə arasında daha ciddi əlaqələr qurulur. Müharibədən sonra Türkiyə ilə münasibətlərimizdə yeni mərhələ başladı. Qardaş ölkə ilə həm hərbi-siyasi cəhətdən, həm də iqtisadi sahədə yeni mərhələyə qədəm qoymuşuq. Bu cəhətdən, bu səfəri alqışlayıram. Çünki belə səfərlər lazımdır. Türkiyə ilə dərin münasibətlərimizin olması, ölkəmizin gələcəyi baxımından, həm bizim üçün, həm də onlar üçün böyük önəm daşıyır”.
Polkovnik rus silahlarının müasir dövrün tələblərinə cavab vermədiyini də bildirib:
“İndiki vaxtda atom və bir neçə növ silahları çıxmaq şərtiylə Rusiya istehsalı olan silahlar müasir dövrün tələblərinə cavab vermir. Bu baxımdan, bizə daha keyfiyyətli və müasir silahlar lazımdır. Müharibə göstərdi ki, rus silahlarının döyüş qabiliyyəti bu zamanın şərtlərinə uyğun deyil, hətta digər ölkələrlə müqayisədə, taktiki-texniki göstəricilərinə əsasən xeyli dərəcədə aşağıdır. Hazırda Türkiyə, İsrail və başqa ölkələrin istehsal etdiyi müasir silahlar, rus silahlarından üstündür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-08-2021, 13:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-08-2021, 13:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39