Üçtərəfli görüş olacaq: Nə müzakirə ediləcək? - GƏLİŞMƏ
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilə bilər. Lakin bu zaman belə bir sual ortaya çıxır: Tərəflər 10 noyabr və 11 yanvar bəyanatlarından sonra nəyi müzakirə edəcək? Əgər görüşdə müzakirə mövzusu məhz adı çəkilən bəyanatlar olacaqsa, bu, ilk növbədə Kremlin imicinə zərbədir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov son günlər rusiyalı politoloqların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçiriləcəyi haqda iddialar səsləndirməsini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, indiki halda tərəflərin atacağı istənilən siyasi addımın məntiqi olmalıdır:
“Azərbaycan tələb edir ki, 10 noyabr bəyanatında qeyd olunan müvafiq bəndlər qeyd-şərtsiz icra edilsin. Ermənistan isə rəsmi olaraq bundan boyun qaçırır. Belə olan təqdirdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək üçtərəfli görüşdə nə müzakirə olunacaq? Ümumiyyətlə, Ermənistanın indiki mərhələdə istəyi rəsmi Bakı üçün məqbul deyil.
Ermənistanın nə istədiyi bəllidir. Rəsmi İrəvan indiki halda mövcud reallıqları təhrif etməyə çalışır. Kreml isə prosesə birmənalı yanaşmır. Yəni rəsmi Moskva Azərbaycandan razıdır. Çünki Azərbaycan 10 noyabr bəyanatının bütün tələblərini yerinə yetirib. Ermənistan isə bu məsələdə də Rusiyaya problem yaradır. Əgər yenidən bu və ya başqa formada danışıqlar masasına oturulacaqsa, bu, Rusiyanın imicinə zərbə vuracaq. Çünki bundan öncə də elə Rusiyanın moderatorluğunda tərəflər arasında görüşlər keçirilib və yekun bəyanatlar imzalanıb. Belə çıxır ki, rəsmi İrəvan Kremlin siyasi iradəsini tanımır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-08-2021, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-08-2021, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti