Üçtərəfli İşçi qrupla bağlı hökumətə ÇAĞIRIŞ... - HESABAT VERİN!..
Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli İşçi qrupu fəaliyyətini Moskvada bərpa edib. Xəbər verildiyi kimi, avqustun 17-də Rusiya paytaxtında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Miher Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bir araya gəliblər.
Qrupun fəaliyyətinin bərpasına dair Rusiya hökumətinin bəyanatında deyilir ki, çərşənbə axşamı günü keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 11 yanvar 2021 -ci il tarixli bəyanatı çərçivəsində gələcək işlərin gedişatını müzakirə ediblər.
Görüş Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi davamlı pozduğu ərəfədə baş tutdu. Bu görüşdən bir neçə gün əvvəl Prezident İlham Əliyev Rusiyanı sülhməramlı missiyanı yerinə yetirmədiyi üçün sərt tənqid etmişdi.
Göründüyü kimi, görüş barədə məlumatı Rusiya hökuməti bəyanat formasında yayıb.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İşçi qrupun işinin bərpa olunması müsbət dəyərləndirilə bilər. Buna Zəngəzur dəhlizi ilə bağlı proseslərin artıq başladığının əlaməti kimi baxırıq. Ermənistan mənasız iddialarından geri çəkirsə bu müsbət proses sayılmalıdır: “Növbəti dəfə Azərbaycanın dediyi məsələ öz yerini alır. Prezident İlham Əliyev demişdi ki, Zəngəzur dəhlizi hökmən olacaq, xoşluqla razılaşmasalar güclə olacaq. Görünür ermənilər bunu başa düşdülər və müzakirələr bərpa olundu”.
Akif Nağı qeyd etdi ki, İşçi qrupunun apardığı danışıqlar barədə məlumatı Azərbaycan ictimaiyyətinə danışıqlarda iştirak edən Şahin Mustafayev rəsmi açıqlama ilə çatdırsa daha yaxşı olar: “Azərbaycanın iştirak etdiyi rəsmi görüşlərlə bağlı məlumatları öz mənbələrimizdən almalıyıq. Müasir dünyada hər şeylə yanaşı informasiya müharibəsi də gedir. Hər dövlət bu müharibədə özünün mənbələrini önə keçirməyə, öz istəklərinə, siyasətinə uyğun informasiyanı yaymağa çalışır. Ona görə də bütün hallarda, o cümlədən, İşçi qrupun Moskva görüşü ilə bağlı məlumatı özümüzünkülər verməlidir. Məsələnin digər tərəfi isə operativ və dəqiq informasiyanın alınması ilə bağlıdır. Azərbaycan üçün həssas məsələ müzakirə olunur, hər detalı diqqətlə izləyirik. Ona görə də Azərbaycanın nümayəndəsi Şahin Mustafayev görüş bitən kimi mətbuata açıqlama verməli, hansı məsələnin müzakirə olunduğunu, prosesin hansı mərhələdə olduğunu cəmiyyətə çatdırmalıdır. Burada gizlətməli bir şey yoxdur. Niyə hansısa detalları rus və ya erməni mətbuatından, ya da rəsmilərindən eşitməliyik. İnformasiya verilməməsi mənasız gümanların, şayiələrin də ortaya çıxmasına səbəb olur. Nikol Paşinyan deyir ki, dəhliz yox, yoldan söhbət gedir. Şahin Mustafayev də əks mövqeni ortaya qoymalıdır. Əgər aydın şəkildə dəhlizə dair danışıqlar getmirsə, orada iştirakdan imtina edilməlidir. 30 ilə yaxın davam edən mənasız danışıqları erməni-rus heyəti ilə davam etdirməyə ehtiyac yoxdur. İkinci Qarabağ müharibəsində ona görə qalib gəlməmişik ki, ermənilərlə üzbəüz oturub murdar sifətlərinə baxa-baxa onların sərsəm iddialarını dinləyək. Bu, qalib dövlətə yaraşmaz və heç gərək də deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-08-2021, 09:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-08-2021, 09:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti