reklam
Regionxeberlericom.az » Siyasət » ŞOK: “ABŞ-ın nüvə başlıqlı təyyarələri Moskvanı viran edəcək, NATO Rusiyanı dağıtmaqdan çəkinməyəcək”

reklam

ŞOK: “ABŞ-ın nüvə başlıqlı təyyarələri Moskvanı viran edəcək, NATO Rusiyanı dağıtmaqdan çəkinməyəcək”


“Talibanın Kabili tutmasından sonra Rusiya Federasiyası xarici siyasətini kifayət qədər aqressivləşdirib. Mərkəzi Asiya, Azərbaycan, Baltik ölkələri, İran, Ukrayna və digər müstəqil dövlətlərə açıq aşkar təhdidedici mövqe tutub. Rusiya Hitler hökumətində Höbbels rolunu Mariya Zaxarovaya həvalə edib və onun ultimatumları bu dəqiqə zəncirni qırıb kimisə parçalayacaq təsirini bağışlayır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Azərbaycanın sabiq spikeri Rəsul Quliyev səsləndirib. Eks-spiker Rusiya XİN sözçüsü Zaxarovanın axırıncı ultimatumundan sitat gətirib: “Biz Rusiya olaraq Krım plotformasında iştirak edənlərə xüsusi münasibət formalaşdıracağıq. Bu platformada iştirak edənlər Rusiyanın müstəqilliyinə təhlükə doğurur və biz bu ölkələri Kremlin düşmənləri kimi qəbul edəcəyik”. İqtisadiyyatına görə dünyada 10-cu yerdə qərarlaşan, neft və neft məhsullarına görə, (QAZ nəzərə alınmasa) 60-cı yerdə dayanan Rusiya kimi hədələyir? Höbbels də nəinki 1945-in yanvarında, hətta həmin ilin martında da Almaniyanın qələbə çalacağından danışırdı. Bu tipli ağıl sahiblərini sayıqlamaq üçün ortaya atıblar. Düşünürəm ki, ətrafından kimsə tapılacaq və Putinə Qərbi hədələməsinin heç bir əhəmiyyəti olmadığını izah edəcək. Ona izah edən tapılacaq ki, hədələdikcə yaxın bir neçə ilə nüvə silahlarının ən azı 90 faizini öz şaxtalarında, yəni 100 metr dərinlikdə partladacaqlar. Bir sözlə bu gün insan tələfatına getmək istəməyən NATO, nəsə baş versə Rusiyanı dağıtmaqdan çəkinməyəcək”.

Rəsul Quliyev əlavə edib ki, ABŞ-ın nüvə başlıqlı bomba atan təyyarələri Moskvanı viran edər: “Heç o təyyarələrin birini də Rusiya vura bilməz. Son 10 ildə bircə ABŞ təyyarəsinin vurulduğunu göstərsələr, o zaman mən yazdığımı geri götürərəm. Amerikanın NATO koalisiyasının Əfqanıstanda Talibana axıra qədər qalib gələ bilməməsi isə sadəcə olaraq əfqanların qanını tökməmək üçün baş verdi. Qardaş Türkiyə Cümhuriyyətinin zəif görünməsini, Ərdoğanın əvvəlki kimi alovlu çıxışlar etməməsini başa düşə bilmirəm. Azərbaycanın qorxduğu bir nömrəli ölkə Rusiyadır və düşünürəm ki, Prezident və komandası bunu yaxşı başa düşürlər. Azərbaycanda Rusiya kəşfiyyatına satılmışların sayı da istənilən ölkədən çoxdur. Rus məktəblərinin sayının artması sözsüz bu satqınları ruhlandırır və tezliklə qələbə çalacaqlarına inanırlar. Ancaq bu xalqın dəmir kimi birləşmək qabiliyyətinin olduğunu unudurlar”.

Sabiq spikerin sözlərinə görə, son müharibə azərbaycanlıların mərd və qorxmaz olduğunu dünyaya göstərdi: “Ordunun zabitlərinin ön cəbhədə vuruşması, şəhidlərin bir çoxunun zabit olması əskərlərin əhval-ruhiyyəsini qaldırıb. Əslində 44 gündə Azərbaycan ordusu rusların təlim keçdiyi, silahlandırdığı, Rus gen ştabının hazırladığı nəzəriyyə əsasında vuruşurdu. Azərbaycanın Rusiya ilə sərhədi şimaldan və Xəzər dənizindən keçir. Əgər müharibə istəmirsənsə, müharibə etməyə həmişə hazır olmalısan nəzəriyyəsi bizim ordunun əsas devizinə çevrilməlidir”.



Paylaş:


Müəllif : Tarix:
24-08-2021, 13:14
Sikayət   


loading...
Загрузка...