reklam
Regionxeberlericom.az » Siyasət » Ermənistan ordusu irimiqyaslı təlimlərə başladı: - “Kiçik toqquşmalar istisna deyil”

reklam

Ermənistan ordusu irimiqyaslı təlimlərə başladı: - “Kiçik toqquşmalar istisna deyil”



Ermənistanda bu gündən etibarən birinci qrup ehtiyatda olan zabitlər, gizirlər və əsgərlər üçün 3 aylıq təlim toplanışları başlayıb.
Bizimyol.info Ermənistan mətbuatına istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyi təlim iştirakçılarının döyüş növbətçiliyinə də cəlb olunacağını bildirib.

Təlimlərə həmçinin 110 hərbi nəqaliyyat vasitəsinin cəlb olunacağı açıqlanıb. Ermənistan MN ictimaiyyətə açıqlamasımda, təlim iştirakçılarını toplanışa smartfonlar olmadan gəlməyə çağırıb. Məlumatda əlavə olunur ki, təlim iştirakçıları mülkidə olan işlərini qoruyacaqlar və orduda olduqları müddətdə maaş alacaqlar.

Bu gün Ermənistanın təhsil nazirinin müavini Janna Andreasyan bildirib ki, bəzi yerlərdə müəllim çatışmazlığı olduğuna görə, bir sıra müəllimlərin təlimlərə cəlb edilməməsi üçün Ermənistan müdafiə nazirliyinə müraciət edib.

Ermənistanın bu təlimlərini Bizimyol.info saytına şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Ermənistanın yeni müdafiə naziri ordunu yenidən toparlamağa çalışdığı görüntüsünü yaradır.

“Ermənistan ordusunda həm texniki baxımdan, həm də kadr baxımından ciddi çatışmazlıqlar var. Yeni nazir göstərməyə çalışır ki, guya ordunu yenidən toparlamaq əzmindədir. Ona görə də, bu təlimlərin ciddi bir məna daşımadığını düşünürəm. Yeni kadr hazırlığı çox ciddi məsələdir və bunun üçün illər lazımdır. Zabitlərinin bir qismi müharibədə tərəfimizdən məhv olunub, bir qismi Paşinyan tərəfindən həbs olunub, yerdə qalanların da çoxu tərxis olunublar”, - deyə politoloq vurğulayıb.

Hərbi ekspert Ədalət Vəliyev isə qeyd edib ki, Ermənistan ordusunun irimiqyaslı təlimlərə başlaması Azərbaycan üçün hər hansı ciddi mesaj ola bilməz.

“44 günlük müharibə zamanında, Ermənistanın yetərincə silah və texnikası olduğu halda, onlar şəxsi heyətlə bağlı ciddi problem yaşadılar. Minlərlə erməni əsgəri elə ilk günlərdə fərarilik etmişdi. Bu təlimlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın olan Ermənistan ordusunun vəziyyətini qismən yaxşılaşdıra bilər. Lakin Ermənistanın yeni müharibə üçün hazırlığını təmin etməyəcək”,- deyə Ə.Verdiyev qeyd edib.

Onun sözlərinə görə, bundan əvvəl 45 yaşına qədər şəxslərin MAXE kimi orduya cəlb olunması barədə qərar qəbul olundu, lakin şəxsi heyətlə bağlı boşluqlar hələ də qalmaqdadır.

“Həmçinin, qadınların orduya cəlb olunması barədə təşəbbüslərə rast gəldik. Bu da effekt verməyincə, 3 aylıq təlimlər keçirməyə qalxdılar. Ermənistanın bununla irimiqyaslı əməliyyatlara hazırlaşdığını, yeni müharibə olacağını demək olmaz. Lakin kiçik toqquşmaları istisna etmirəm”,- deyə ekspert əlavə edib.


Paylaş:


Müəllif : Tarix:
25-08-2021, 17:37
Sikayət   


loading...
Загрузка...