Zəngəzur dəhlizi ilə bağlı addımlar atılacaq, Laçın şəhəri qaytarılacaq
"Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir. Bu görüşdən əvvəl Ermənistanı bir xeyli sıxdılar".
Bunu siyasi ekspert Elman Vəliyev deyib. E. Vəliyev bildirib ki, Azərbaycan Gorus-Qafan yolunu bağlayaraq şərtlər diktə edib:
"Bu bir bildiriş mesajı idi, yəni Ermənistan tərəfinə başa salındı ki, güclər kimin əlindədir, gərginlik yaranacağı təqdirdə çətin vəziyyətdə qalacaq tərəf hansıdır. Dolaysı ilə çıxış yolunun kompromisə getmək olduğu izah edildi. Rusiya da şərait yaradır ki, Ermənistan tərəfi razılığa müsbət yanaşsın”.
Siyasi ekspert qeyd edib ki, Ermənistan tərəfinin imkanlarının azalmasına diqqət etmək lazımdır:
“Türkiyə ilə sərhəd bağlıdır, Azərbaycan tərəfi ilə hələ münasibətləri nizamlanmayıb, İranla olan əlaqə yollarının bir hissəsi (Zəngilan, Füzuli, Cəbrayıl) İkinci Qarabağ müharibəsindən sonra kəsilib. Digər əlaqə yolu kimi Zəngəzur qaldı. Gorus-Qafan yoluna nəzarəti ələ keçirmək isə bu əlaqə vasitəsini daha da daraltdı. Yəni artıq İrandan gələn nəqliyyat vasitələrinə də nəzarət etmək mümkündür".
Ekspert xatırladıb ki, Ermənistanın bircə Gürcüstanla əlaqəsi qalıb: "Belə çətin şəraitdə, blokadada qalan dövlətin seçimləri məhduddur. Moskva görüşündə çox güman ki, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər müzakirə ediləcək”.
E. Vəliyev ehtimal edir ki, Zəngəzur dəhlizinin açılması yönündə müsbət addımlar atılacaq, yaxın müddətdə Laçın şəhəri (2 il ətrafı) geri qaytarılacaq, bölgədə kommunikasiya sistemi bərpa olunacaq, Ermənistan tərəfi Türkiyə ilə də “buzları” əritməyə səy göstərəcək. /Reyting.az
Paylaş:
Müəllif : Fuad
Tarix:29-08-2021, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-08-2021, 09:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti