Kreml Ermənistanı məhvə SÜRÜKLƏYİR: "Lavrova da, Putinə də bəllidir ki..." - ŞƏRH
“Əgər Ermənistan Azərbaycanın ərazi bütövlyünü tanısa, bu o demək olacaq ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, qəbul edəcək”.
Bu sözləri Ermənistanın Xarici işlər naziri Arorat Mirzoyanın Sergey Lavrovla görüşdə səsləndirdiyi “Dağlıq Qarabağa status verilməsə, sülh danışıqları başlamayacaq” fikrinə münasibət bildirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.
Elxan Şahinoğlu bildirib ki, Ermənistan hakimiyyətinin mövqeyində dəyişən heç nə yoxdur:
“Dünən keçirilən mətbuat konfransı bunu bir daha göstərdi. Rusiyalı jurnalistlərdən biri hər iki nazir – Sergey Lavrov və Ararat Mirzoyana sual verdi ki, iki ölkənin qarşılıqlı bir-birilərinin ərazisini tanıması iddia olunur, buna münasibətiniz necədir. Erməni nazirin cavabı belə oldu ki, Azərbaycanla sülh danışıqları barədə heç bir müzakirə yoxdur, öncə Qarabağın statusu məsələsi həll olunmalıdır. Bunu ona görə dedi ki, status məsələsi həll olunmadan Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaq. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlyünü tanısa, bu o demək olacaq ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, qəbul edəcək. Erməni tərəfinin mövqelərində heç bir dəyişiklik yoxdur və bu gözlənilmirdi. Məni daha çox Lavrovun bu suala verəcəyi cavab maraqlandırırdı. Lavrov bu cavabdan yayınıb. Sadəcə deyib ki, tərəflər özləri danışıqları davam etdirsinlər. Lavrova da, Putinə də bəllidir ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüklərini tanısa, məsələ bitəcək. Demək ki, Kreml məsələnin bitməsini istəmir. Əgər Rusiya bunu istəsəydi, Ermənistana təzyiq edərdi ki, qonşu dövlətin ərazi bütövlüyünü tanısın.
Sabah Qarabağda müəyyən tədbirlərin keçirilməsinə hazırlıq gedir. “Müstəqilliklərinin” 30 illiyini qeyd edəcəklər. Paşinyan tədbirlərə qatılmayacaq. O bilir ki, Qarabağda onu sevməyən çoxlu erməni var. Bundan əlavə, Paşinyan bilir ki, Qarabağa gəlsə, vəziyyəti gərginləşdirə bilər. Müharibədən əvvəl tez-tez gəlirdi, ağlına gələn açıqlamalar verirdi. Artıq gələ bilmir. Düşünürəm ki, müəyyən təxribatlar olacaq. Böyük tədbirlər olmayacaq. Çünki müharibədə böyük itkiləri oldu. Hər halda, tədbir keçirməklə beynəlxalq aləmə müstəqilliklərini tanıtmağa, Azərbaycan qanunlarına tabe olmayacaqları fikrini aşılamağa çalışacaqlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-09-2021, 14:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-09-2021, 14:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti