Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı Azərbaycan qeyri-hökumət təşkilatları bəyanat yayıb
Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğalı nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı Azərbaycan qeyri-hökumət təşkilatları bəyanat yayıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən verilən məlumata görə, bəyanatda deyilir:
"XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Respublikası beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın əzəli-tarixi torpaqları olan Qarabağ və ətrafındakı 7 rayonu işğal etmiş və bölgədə ağır humanitar fəlakətin yaşanmasına səbəb olmuşdur. Nəticədə 1 milyona yaxın dinc azərbaycanlı əhali Ermənistanın işğal və etnik təmizləmə siyasətinin qurbanına çevrilərək əsrlər boyu yaşadıqları ərazilərdən silah gücünə qovulmuş, dinc əhali, o cümlədən qoca, qadın və uşaqlar kütləvi şəkildə qətlə yetirilmiş, girov götürülmüş, dözülməz işgəncələrə məruz qalmış, şantaj, hədə-qorxu və insan alverinin obyektinə çevrilmiş, yaşayış məntəqələri, tarixi və dini abidələr, qəbiristanlıqlar dağıdılmışdır.
Üstəlik, təcavüzkar əməllərindən əl çəkməyən Ermənistan mütəmadi olaraq "yeni müharibə-yeni ərazi" iddiası ilə Azərbaycanın şəhər və kəndlərini artilleriya və raketlərdən atəşə tutmaqla yeni ərazilərin işğalıvə etnik təmizləmə siyasətini davam etdirmişdir.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən müharibənin bitməsi ilə Azərbaycan bölgədə sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün əlindən gələn bütün zəruri tədbirləri görmüş, o cümlədən müharibənin gedişində əsir düşmüş şəxləri Ermənistana qaytarmış, itkin düşənlərin, həmçinin həlak olmuş şəxslərin cəsədlərinin tapılıb qaytarılması üçün kömək göstərmişdir. Hazırda da bu proses davam etməkdədir.
Ermənistan Respublikası tərəfindən isə beynəlxalq hüquq normalarınıntələbləri pozulmaqda davam edir. Azərbaycanın çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistan hələ Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş ümumilikdə 4 minə yaxın azərbaycanlının sonrakı taleyi haqqında məlumat verməkdən boyun qaçırır. Təkzibolunmaz fakt və materiallar göstərir ki, həmin insanların əksəriyyəti qətlə yetirilib və ya işgəncə və xəstəliklərdən vəfat ediblər. Ermənistan tərəfi törətdiyi sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini gizlətməyə çalışır və humanitar təşkilatlar çərçivəsində əməkdaşlıqdan boyun qaçırır. Qeyd etmək lazımdır ki, beynəlxalq humanitar hüquqa əsasən münaqişə tərəfləri nəinki cəsədlərin dəyişdirilməsi, onların axtarıb tapılması istiqamətində, eləcə də onların kimliyinin müəyyənləşdirilməsində də əməkdaşlıq etmək kimi öhdəlik daşıyırlar.
Beynəlxalq humanitar hüququn kobud pozuntularından biri hərbi münaqişə zamanı istər mülki, istərsə də hərbi mükəlləfiyətli şəxslərin zorla yoxa çıxarılmasıdır. Bu müddəa BMT Baş Assambleyasının 2006-cı ildə qəbul etdiyi "Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi haqqında" Beynəlxalq Konvensiyada da öz əksini tapmışdır. BMT Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli Qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barəsində məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə olunmuşdur. 2002-ci ildə BMT İnsan Hüquqları Komissiyası öz müvafiq Qətnaməsində silahlı münaqişənin qarşı tərəfinin itkin düşmüş şəxslərin axtarışında iştirak etməsini bir öhdəlik olaraq qeyd etmişdir.
Hazırda təsdiqedici sənədlər əsasında itkin düşmüş şəxs kimi qeydiyyata alınan azərbaycanlıların sayı 3890 nəfərdir. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq (20 nəfər azyaşlı qız), 267 nəfəri qadındır (154 nəfər qoca). Bununla Ermənistan tərəfi "Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında" IV Cenevrə Konvensiyasının girov götürməni qadağan edən 34-cü maddəsini kobudcasına pozmuşdur.
3890 nəfərdən 872 nəfərinin, o cümlədən 29 uşağın və 98 qadının əsir-girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal ərazisində qalması faktı müəyyən edilmişdir. Erməni əsirliyindən azad edilmiş, eyni zamanda döyüşlərdə iştirak etmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilmiş və qarşı tərəfə verilmişdir. Sübutların mövcudluğuna baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin əsir və ya girov götürülməsi və saxlanması faktını inkar edir.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 1998 və 2001-ci illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Azərbaycan Respublikasının Dövlət Komissiyasına təqdim edilmiş məktublarda adı keçən 54 azərbaycanlı ilə bağlı məlumat bu istiqamətdə ən ciddi və təkzibedilməz faktlardan biridir. Həmin materiallara əsasən, Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazisində BQXK tərəfindən saxlanma yerlərində baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar.
Sağ olduğu təsdiqlənmiş həmin 54 nəfərin hayatına isə Ermənsitanın əsir və girovluğunda son qoyulmuşdur. Belə ki, onlardan 17 nəfərinin nəşi qaytarılmış, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, qaytarılmamış, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməmişdir.
Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 2000-2003-cü illər üzrə qəbul edilmiş Fəaliyyət Planı da silahlı münaqişənin qarşı tərəfinin itkin düşmüş şəxslər (onların taleyi) barəsində məlumatları həmin şəxslərin ailə üzvlərinə verməli olduğunu xatırladılır. İtkin düşmüş ailə üzvlərinə verilməyən məlumatlar həmin ailə üzvlərinin beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquqda təsbit edilən "ailə həyatına hörmət" prinsipinin kobudcasına pozulmasıdır. Buraya həlak olmuş şəxslər barəsində məlumatlar da daxildir.
1949-cu il IV Cenevrə Konvensiyası bəyan edir ki, münaqişənin qarşı tərəfi silahlı münaqişə zəminində şəxslərin öz ailə üzvlərini axtarması barəsindəki sorğusu cavablandırmalıdır. Bu Konvensiya ailə üzvlərinin öz yaxınlarının taleyi barəsində məlumat almaq hüququnu bilavasitə tanıyır. Bu hüquq eyni zamanda Avropa Şurasının Parlament Assambleyasının bir sıra Tövsiyələrində (868; 1056 və s.) də öz əksini tapır.
Çoxsaylı şahid ifadələri, Ermənistan hərbçilərinin əsir və girov götürülmüş azərbaycanlılarla pis rəftarı və onların üzərində olan xəsarətlər, saxlanma şəraiti beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasını təsdiq edir. Müxtəlif məlumatların əldə edilməsi üçün azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilib. Onlar üzərində tibbi və digər eksperimentlər aparılıb, hədə-qorxu və şantaj vasitəsilə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməklə Azərbaycana qarşı terror-təxribat törədilməsinə cəhdlər göstərilib. Bütün bunlar Ermənistan tərəfinin qoşulduğu Cenevrə Konvensiyaları da daxil olmaqla, işgəncə və qeyri-insani rəftarı qəti şəkildə qadağan edən beynəlxalq hüquqnorma və prinsiplərini pozduğunu, insanlığa və bəşəriyyətə qarşı cinayət əməllərini davam etdirdiyini göstərir.
Bununla yanaşı, Ermənistan silahlı qüvvələri tərəfindən müharibə dövründə işğal olunmuş ərazilərimizdə azərbaycanlı əsir və girovların məqsədli şəkildə öldürülərək kütləvi şəkildə dəfn edilməsi faktı mövcuddur. Halbuki III Cenevrə Konvensiyasının 120-ci, IV Cenevrə Konvensiyasının 130-cu maddələri əsirlikdə vəfat etmiş şəxslərin şərəflə, mümkün olduğu halda öz dini adətlərinə uyğun və qarşısıalınmaz hallar olmadığı təqdirdə fərdi məzarlarda dəfn edilməsini tələb edir. Hazırda azad edilmiş Azərbaycan ərazilərində mövcud olan mina təhlükəsi işğaldan azad olunmuş ərazilərimizdə həmin kütləvi dəfn yerlərini axtarmağa da imkan vermir. Ermənistan tərəfi nə mina xəritələrini tam və düzgün şəkildə verir, nə də öldürərək kütləvi dəfn etdikləri əsir və girovlarımızın yeri barədə məlumat verir.
Münaqişədən uzun illər əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq humanitar hüququn müddəalarına əməl edilməsinə xüsusi diqqət yetirir və bu sahədə beynəlxalq səyləri dəstəkləyir.
Təəssüf ki, Ermənistan Respublikasının insanlığa qarşı törətdiyi cinayət əməllərinə münasibətdə biganəlik və ikili standartlar onu bölgədə davamlı sülh və əmin-amanlıq yaradılmasına yönələn tədbirləri pozmaq siyasətini davam etdirməyə sövq edir.
Hesab edirik ki, əsir və itkin düşmüş şəxslər məsələsinin siyasiləşdirilməsinə yol verilməməli, ona sırf humanitar prizmadan yanaşılmalı və yüzlərlə ailələrin iztirablarına, qeyri-müəyyənliyə son qoyulmalıdır.
Bir daha beynəlxalq təşkilatları və dövlətləri Ermənistan silahlı qüvvələri tərəfindən itkin düşmüş 4 minə yaxın azərbaycanlının sonrakı taleyi haqqında məlumat verməsi və əsirləri və girovları, həmçinin işgəncələr və xəstəliklər nəticəsində vəfat etmiş şəxslərin nəşlərinin qaytarılması üçün Ermənistan Respublikasına təsir göstərməyə və törətdikləri müharibə cinayətlərini araşdırmağa çağırırıq".
Paylaş:
Müəllif : Yazar
Tarix:1-09-2021, 18:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-09-2021, 18:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24