Şuşa ATƏŞ ALTINDA: Tətiyin arxasında Rusiyanın barmağı var - NƏ BAŞ VERİR?
Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərindəki erməni silahlı dəstələri növbəti dəfə Şuşa istiqamətində ordumuzun bölmələrini atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub. Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Bildirilib ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda adekvat tədbirlərin görülməsi qəti şəkildə təmin olunacaq.
Ekspertlər Qarabağda açılan silahların tətiyini basan barmağın ruslara məxsus olduğuna şübhə etmirlər. Çünki çoxsaylı çağırışlara rəğmən, Rusiya üçtərəfli razılaşmanın 4-cü bəndini - erməni silahlılarının bölgədən çıxarılması istiqamətində heç bir addım atmayıb. Hazırkı davranışları və atəşkəslə bağlı sərgilədiyi mövqe də göstərir ki, Moskva qanunsuz erməni silahlı dəstələrinin Qarabağda qalmasında və vaxtaşırı bu cür təxribat törətməsində əsas maraqlı tərəfdir.
Növbəti erməni təxribatı ilə bağlı “Şərq”ə fikirlərini bölüşən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev də hesab edir ki, Qarabağda və Ermənistanla sərhəddə baş verən bütün hadisələrin arxasında Rusiyanın siyasi maraqları durur. Professorun sözlərinə görə, ermənilər 44 günlük müharibədən sonra başlarını qaldırmaq istəmirdi, heç bu haqda düşünmürdülər. Amma Moskva onları düşünməyə məcbur etdi:
“Rusiya bölgəyə “sülhməramlı” adı ilə müvəqqəti yerləşdiyinin fərqindədir. Müxtəlif metodlarla Qarabağda uzun müddət qalmağa, Azərbaycanı siyasi təzyiq altında saxlamağa çalışır. Şuşanın atəşə tutulmasının arxasında Rusiya sülhməramlıları dayanır. İndiyə kimi atdıqları addımlar bunu deməyə əsas verir. Axı bu necə “sülhməramlı”dır ki, Ermənistan parlamentinin deputatlarının sərbəst şəkildə Xankəndinə gəlişinə imkan yaradır? Düzdür, erməni deputatlar Qarabağda daşqalaq edilib, qaldıqları otelə hücum çəkiblər. Lakin bu cür gərginliklərin və siyasi təxribatların meydana çıxmasına şərait yaradan məhz Moskvadır. Məsələ ondadır ki, indiki dönəmdə anti-terror əməliyyatına başlamaq Kremlin əlinə oynamaqdır. Həssas məsələlərdə bir qədər ehtiyatlı olmaq lazımdır. Biz hərbi əməliyyata başlayan kimi Rusiya dərhal öz əsgərini öldürüb suçu üzərimizə atacaq”.
C.Nuriyev vurğulayıb ki, Şuşa təxribatı ilə bağlı Müdafiə Nazirliyi mövqeyini bildirib, amma məsələ bununla bitmir:
“Xarici İşlər Nazirliyi bəyanat verməlidir ki, Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirmir. Sərt nota verməliyik. Yaxşı olar ki, Milli Məclis də bəyanat yaysın, dünya parlamentinə müraciət ünvanlasın. Kremlə xəbərdarlıq edilməlidir ki, nəinki 5 il, heç bir il də gözləməyə bilərik. Rusiya sülhməramlıları 10 aya yaxındır Azərbaycan ərazisində rəsmi Bakıya alternativ güc rolunda çıxış edirlər. Ermənilərin tərəfdaşı, himayədarı olduqlarını hər an əyani ortaya qoyurlar. Rusiya Qarabağda üçüncü hakim statusunda olmalıdır. Təəssüflər olsun ki, Moskva Azərbaycanı ermənilərin əliylə təxribata çəkən və sonradan ittiham edən tərəf kimi çıxış edir. Belə təxribatların artacağına şübhə yoxdur”.
Professor Rusiyanın bizim üçün hərtərəfli təhlükə mənbəyi olduğunu söyləyib:
“Mühüm bir məqama diqqət çəkim. Azərbaycanın kabel televiziya kanallarına nəzər yetirsək görərik ki, 60 kanallıq paketin yarısından çoxu rus kanalıdır. Əksəriyyəti də erməniləri təbliğ edən “TNT, CTC” kimi kanallardır. Dövlət dilimiz Azərbaycan dilidir, ancaq qardaş Türkiyə və yerli kanalların ümumi sayı 20-dən artıq deyil. Rus televiziyalarına bu qədər simpatiya hardan qaynaqlanır? İnformasiya təhlükəsizliyimiz kimlərin əlindədir?”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2021, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-09-2021, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti