reklam
Regionxeberlericom.az » Siyasət » Rusiya MN-dən təxribat: - Azərbaycanın cavabı nə olacaq?

reklam

Rusiya MN-dən təxribat: - Azərbaycanın cavabı nə olacaq?



Rusiya Federasiyasının Dövlət Satınalmaları saytı Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-yaşayış fonduna xidmət göstərilməsi ilə bağlı tender elan edib.

Maraqlısı budur ki, Azərbaycana məxsus Qarabağ ərazisi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edilib.

Rəsmi portalda yerləşdirilmiş sənədə görə, cari il avqustun 13-də Rusiyanın Müdafiə Nazirliyi “Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ Respublikası” ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-yaşayış fonduna kompleks xidmət göstərilməsi və təşkili üzrə” sifariş təqdim edib.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi mövzu ilə bağlı hələ heç bir açıqlama verməyib.

Maraqlıdır, Rusiya sülhməramlıları “Dağlıq Qarabağ Respublikası”nda xidmət etdiklərini düşünür? Azərbaycan Rusiyanın bu təxribatına nə cavab verəcək?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Rusiya tərəfi öz səhvini düzəltməli və buna görə Azərbaycandan üzr istəməlidir:

“Həqiqətən də Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində bu məlumat var. Bu həm çox kobud bir xətadır, həm də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdiddir.

Çünki Rusiya sülhməramlıları Azərbaycan ərazisindədir və “Dağlıq Qarabağ Respublikası” adlı heç bir yer mövcud deyil. Biz artıq bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsi yoxdur. Bu məsələ həll edilib və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Orada qalan tör-töküntü separatçılar da rədd olub getməlidir.

Rusiya isə istər ikitərəfli, istərsə də BMT çərçivəsində Azərbaycanın ərazi bütövüyünü tanıyır. Həmçinin, müharibə zamanı da Rusiya Prezidenti Vladimir Putin deyirdi ki, “Azərbaycan öz ərazisində müharibə aparır”.

Hesab edirəm ki, Azərbaycan tərəfi kəskin etirazını həm açıq şəkildə, həm də diplomatik kanallar vasitəsi ilə bildirməlidir. O cümlə Rusiya Müdafiə Nazirliyinin saytından mütləq yığışdırılmalıdır. Əgər o cümlə silinmədən olduğu kimi qalarsa, bu artıq ölkəmizə qarşı təhdid və təzyiq vasistəsidir deməkdir. Biz də Rusiyanın hansısa ərazisini ayrı bir dövlət kimi göstərsək bu da onların xoşuna gəlməz.

Düşünürəm ki, Rusiya tərəfi bununla bağlı mütləq şəkildə açıqlama verməli, hətta buna görə Azərbaycandan üzr istəməlidir”.



Paylaş:


Müəllif : Tarix:
4-09-2021, 16:12
Sikayət   


loading...
Загрузка...