reklam
Regionxeberlericom.az » Siyasət » Sülhməramlı komandirlərin ERMƏNİ ŞOUSU: - "Rusiya bitərəf yox, bir tərəfdir"

reklam

Sülhməramlı komandirlərin ERMƏNİ ŞOUSU: - "Rusiya bitərəf yox, bir tərəfdir"



“Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov Qarabağa İrəvandan gəldi, Qarabağdan da gedəndə İrəvanla xudahfizləşdi. Azərbaycan tərəfini əsas narahat edən bu olmalıdır”.

Bunu Rüstəm Muradovun Mahaçqala şəhərində “Vətən Qəhrəmanları Keşikçiləri” təşkilatının üzvləri ilə görüşü zamanı sülhməramlıların gələcək fəaliyyəti və erməni tərəfinin onlardan razı qalması barədə səsləndirdiyi fikirlərə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, Rüstəm Muradovun və Mixail Kosobokovun mövqeyi, əslində, fərdlərin yox, məhz Rusiyanın mövqeyidir:

“Rüstəm Muradovun yerinə təyin edilən Mixail Kosobokov da ilk dəfə İrəvana səfər etdi və Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşdü. Məsələ ondadır ki, onun da rəsmi Bakı ilə heç bir əlaqəsi yoxdur. Bu, münaqişəyə Rüstəm Muradovla Mixail Kosobokovun münasibəti yox, Rusiyanın münasibətdir. Azərbaycan ərazisində xidmət edən şəxs Azərbaycana gəlməmiş qarşı tərəf gedir. Bu o deməkdir ki, Rusiya ədalətli hakim deyil.

Rüstəm Muradova sual verirlər ki, xidmətinizi necə qiymətləndirirsiniz? Cavabında deyir, bizim fəaliyyətimizə qiyməti yerli əhali verir. Rüstəm Muradov bildirir ki, Qarabağda həyat tam qaydası ilə inkişaf edir, əhali geri qayıdır. Rüstəm Muradovu maraqlandıran Azərbaycanın marağı, 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməsi yox, ermənilərin necə münasibət bildirməsidir. Bu da o deməkdir ki, Rusiya bitərəf yox, bir tərəfdir”.



Paylaş:


Müəllif : Tarix:
10-09-2021, 17:01
Sikayət   


loading...
Загрузка...