reklam
Regionxeberlericom.az » Siyasət » Rusiyanın Qarabağda uzunmüddətli QALMA PLANI: - "Bağlı qapılar arxasında..."

reklam

Rusiyanın Qarabağda uzunmüddətli QALMA PLANI: - "Bağlı qapılar arxasında..."



“Rüstəm Muradov bu barədə məhz komandanlığından eşidib və eşitdiklərinə əsasən Rusiyanın Qarabağda hələ çox qalacağını bildirib”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandiri Rüstəm Muradovun sülhməramlıların Azərbaycan ərazisində daha 5 il qalacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu məsələ ilə bağlı açıqlama verilməməsinə rəğmən, bağlı qapılar arxasında bu barədə danışıqların getdiyini bildirib:

“Rüstəm Muradov haradan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir. 10 noyabr razılaşmasına görə tərəflərdən biri, yəni Azərbaycan istəməsə, 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər. Biz buna hazırlaşırıq. Bunu Rüstəm Muradov da bilməmiş deyil.

Rusiyalı rəsmilər doğru olaraq sülhəməramlı kontingentin uzadılması barədə heç nə demir, açıqlama vermirlər. Ancaq onlar bu barədə bağlı qapılar arxasında danışırlar, Rüstəm Muradov da bu barədə məhz komandanlığından eşidib və eşitdiklərinə əsasən Rusiyanın Qarabağda hələ çox qalacağını bildirib. Rüstəm Muradovun yerinə təyin olunan Mixail Kosobokovun təyinatından dərhal sonra Bakıya gəlmək əvəzinə İrəvana gedib Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşməsi Kremlin Bakıya xoş olmayan mesajıdır. Azərbaycan ərazisində xidmət edəcək komandanın Qarabağdakı fəaliyyətini ilk əvvəl Ermənistanın müdafiə naziri ilə müzakirə etməsi Kremlin Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatıdır. Başqa təxribat da odur ki, Azərbaycan hakimiyyəti ilə razılaşdırmadan separatçı Abxaziyada xidmət edən hərbçini Azərbaycana təyin ediblər”.


Paylaş:


Müəllif : Tarix:
10-09-2021, 17:01
Sikayət   


loading...
Загрузка...