RUSİYA AZƏRBAYCANI HƏDƏLƏMƏYƏ ÇALIŞIR - "Qarabağda hərbi qarşıdurma yaranmasına cəhd edəcəklər..."
Bu günlərdə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hərbi gəmiləri Bakıya qeyri-rəsmi səfərə gəlib. Sentyabrın 20-də isə həmin gəmilər Azərbaycanı tərk ediblər.
Sentyabrın 18-də Rusiya Müdafiə Nazirliyi yaydığı informasiya bülletenində qeyd edib ki, sentyabrın 17-də Şuşa istiqamətində Dağlıq Qarabağın silahlı birləşmələrinin postlarına üç dəfə atəş açılması qeydə alınıb: «Erməni tərəfinin verdiyi məlumata görə, atəş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərindən açılıb. Atışma nəticəsində Dağlıq Qarabağın silahlı birləşmələrinin iki hərbçisi yaralanıb».
Azərbaycan Müdafiə Nazirliyi isə cavabında həmin açıqlamanın təəccüb və təəssüf doğurduğunu bildirib: Qurum qeyd edib ki, hadisə Rusiya sülhməramlılarının iştirakı ilə araşdırılıb. «Qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyil».
Bəzi ekspertlər hesab edirlər ki, bu iki hadisə heç də təsadüf deyil və bunun arxasında Azərbaycan və Rusiyanın fikir ayrılığı dayanır.
Rusiya ilə Azərbaycan arasında nə baş verir? Bu, nə ilə nəticələnə bilər?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Turan-a bildirib ki, çox ciddi narahatlıq və sual doğuran məsələ var: «Rusiyadan soruşmaq lazımdır ki, müstəqil Azərbaycan dövlətinin ərazisində qeyri-qanuni erməni silahlıları niyə mövcuddur? Axı bu erməni silahlıları ya separatçı quruma məxsusdur, ya da Ermənistana. Onlar niyə orada mövcuddurlar ki, hələ onlara atəşin açılıb-açılmaması müzakirəyə çıxarılsın».
Komitə üzvü qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ötən il noyabrın 10-da bir sənədə imza atıb: «Bu sənədin altında üç dövlət başçısının imzası var. Cənab Putin, siz əgər öz imzanıza hörmət edirsinizsə, o sənəddəki bəndlərə əməl edin. Həmin sənəddə Rusiya öz üzərinə sülhməramlılıq missiyasını götürüb və vasitəçi dövlət kimi Azərbaycan ərazisindən mövcud olan erməni qoşunlarını çıxarmalıdır».
Onun sözlərinə görə, sənədin imzalamasından az qala bir il keçib, lakin ona əməl edilmir: «Əksinə, onlar qeyri-qanuni silahlı birləşmələri ilə əməkdaşlıq edirlər, onları himayə edirlər, təlimlər keçirlər. Hələ bizə qarşı da iddia qaldırırlar ki, niyə quldur dəstəsinə atəş açmısınız».
Politoloq Ərəstun Oruclu isə bildirib ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasının mənfi tərəfləri kimi müsbət tərəfi də var: «Həmin açıqlamadan məlum olur ki, 10 noyabr üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmir. O öhdəliklərdən biri Azərbaycan ərazisindən erməni hərbi birləşmələrinin çıxarılması idi. Bu açıqlamada isə Rusiya açıq deyir ki, Qarabağda erməni silahlı birləşmələri var».
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında baş verən gərginliyin açıq fazasıdır: «Rusiyanın 44 günlük müharibədən əsas gözləntilərindən biri bölgədəki mühüm dəhlizləri və kommunikasiyaları ələ keçirmək idi. Söhbət Laçın, Gəncə və Zəngəzur dəhlizlərindən gedir. İndi Rusiya yalnız Laçın dəhlizinə nəzarət edir. Bu isə Rusiyanın geosiyasi maraqlarını nəinki təmin etmir, heç ona yardımçı da olmur».
Ekspert hesab edir ki, Azərbaycan vacib kommunikasıyalar üzərində nəzarətin götürülməsi məsələsində Rusiyaya güzəştə getmədi: «Hətta Türkiyə və Pakistan kimi tərəfdaş ölkələr, bəlkə də digər böyük güclər onu bu addımı atmağa qoymurlar. Bu da gərginlik yaradır. Açıqlama isə Azərbaycana bir hədədir».
Politoloqın qənaətincə, Rusiya Azərbaycana təzyiqini gücləndirəcək. «Qarabağdankənar başqa yollara da əl atacaq. Həmçinin Rusiya çalışacaq ki, Qarabağda hərbi qarşıdurma yaratsın».
Paylaş:
Müəllif : Fuad
Tarix:20-09-2021, 23:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-09-2021, 23:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti