Rusiyanın AŞPA-dakı nümayəndə heyətinə Strasburqda sərbəst hərəkət etmək qadağan olunub
Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Rusiya nümayəndə heyətinə Strasburqda sərbəst hərəkət etmək qadağan olunub.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vladimir Kruqlıy bildirib.
Onun sözlərinə görə, gələn həftənin birinci günü öz işinə başlayacaq AŞPA-nın sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinə Strasburqda sərbəst hərəkət etmək qadağan olunub, buna səbəb isə Avropa İttifaqının “Sputnik V” vaksinini tanımamasıdır. Nümayəndə heyətinə “qırmızı zona”dan gəlmələri barədə xəbərdarlıq edilib və bildirilib ki, onlar ancaq qaldıqları hoteldən AŞPA-nın yerləşdiyi binaya gəlib-gedə bilərlər.
Rusiyalı senator qeyd edib ki, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin “qırmızı zona”dan gəlmələrinə baxmayaraq, onların sərbəst hərəkətinə icazə verilib: “Çünki onlar “Pfizer”lə peyvənd olunublar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-09-2021, 12:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-09-2021, 12:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti