Paşinyan GƏVƏZƏLİK EDİR, YOXSA... - NƏ ETMƏLİ?
Ermənistanın müstəqilliyinin 30-cu ildönümü ilə bağlı paytaxt İrəvanın Respublika meydanında keçirilən kütləvi tədbirdə baş nazir Nikol Paşinyanın çıxışı diqqət çəkib. Belə ki, Paşinyan yeni də ənənəvi erməni işğalçı siyasətindən imtina etmədiyini nümayiş etdirib.
O deyib ki, ermənilər bu illərdə uğur və uğursuzluq, göz yaşları və sevinc, ümid və ümidsizlik, müharibə, qələbə və məğlubiyyət görüb: “İndi sual budur ki, necə yaşamalıyıq və ölənlərin atasının, anasının, övladlarının gözünə necə baxmalıyıq; nə etməliyik ki, onların ölümü mənasız olmasın. Bizim başlıca vəzifəmiz gələcək üçün düzgün orientasiyanı müəyyən etməkdir”. Paşinyanın sözlərinə görə, tarix bəzən qələbənin heç də həmişə qələbə, məğlubiyyətin isə heç də həmişə məğlubiyyət olmadığını sübut edib: “Biz öz məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və ”artsax" üçün öldülər. Hələlik iki erməni “dövləti” varsa, ölən qəhrəmanlar sağdırlar. İki “respublika” çiçəklənirsə, onların ölümü mənasız deyil".
Paşinyanın zaman-zaman sarsaqladığı faktdır. O, bir tərəfdən sülh danışıqları, Türkiyə ilə masa arxasına oturmaqdan danışır, digər tərəfdən yenə ermənilərin işğalçı instinktinə güc verir. Aydındır ki, bunlar daxili auditoriyaya hesablanmış açıqlamalardır, amma ermənilər indi o haldadır ki, kimsəyə inamları da qalmayıb. Paşinyan Qarabağ bir kənara, Ermənistanın özünün batdığı halda hansısa “çiçəklənmədən” danışır ki, bu da qeyri-ciddi görünür. Belə görünür ki, Nikol Paşinyan bəzi hallarda gerçəkliyi qəbul etsə də, daha çox ermənilərin psixoloji vəziyyətinin girovudur.
Bu barədə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan populist siyasətçidir və onun konkret auditoriyalara hesablanmış fikirləri adətən bir-biri ilə ziddiyyət təşkilı edir. Bu cür davranışları ilk dəfə deyil: “Ermənistanın baş naziri bir tərəfdən sülh danışıqlarından, delimitasiya və demarkasiya prosesinin tez bir zamanda başlayaraq başa çatdırılmasından, Türkiyə ilə münasibətlərin normallaşmasından danışır, digər tərəfdən, bu prosesi tamamilə əngəlləyə biləcək mesajlar verir. Ermənistanda keçirilən müxtəlif sorğuların və seçkilərin ümumiləşdirilmiş nəticələrini nəzərə alsaq, əhalinin təxminən 58-60%-i Paşinyanı, daha dəqiq desək, müharibədən sonra yaranmış reallıqları dəstəkləyir, yaxud bu reallıqlarla barışır. Amma əks qütbdə dayanan revanşçıların bir hissəsi aktiv siyasi mücadiləyə qoşulmasalar da, hər halda hakimiyyətin siyasətindən razı deyillər. Bu baxımdan, Paşinyan qismən passiv mövqedə dayananların da ”könlünü almağa" çalışır".
Ekspertin qənaətincə, Paşinyanın özü də cəmiyyətin qütbləşməsində maraqlıdır. Çünki bu halda, mübarizə qütblər arasında gedir və bu mübarizə daha çox ideoloji xarakter daşıdığı üçün siyasi hakimiyyətə ciddi problemlər yaratmır.
E.Mirzəbəyli bununla yanaşı, hesab edir ki, Ermənistanın baş nazirinin nə dediyindən daha çox, onun nə edəcəyinə diqqət yetirmək lazımdır: “Ermənistandakı mövcud sosial-iqtisadi və siyasi durum gündəmin boş qalmamasını tələb edir və Nikol da ziddiyyətli fikirlərini sağa-sola səpələyərək gündəmin boş qalmasına imkan vermək istəmir. Məsələnin mahiyyətində həm də bu dayanır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2021, 10:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2021, 10:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti