reklam
Regionxeberlericom.az » Siyasət » Həmsədrlər Bakıya təzyiq edə bilərmi... - HƏQİQƏTƏN DƏ...

reklam

Həmsədrlər Bakıya təzyiq edə bilərmi... - HƏQİQƏTƏN DƏ...


Minsk Qrupu həmsədrlərinin, xüsusən də ABŞ-ın və Fransanın Qarabağ prosesinin istiqamətini dəyişmək üçün Azərbaycana təzyiq göstərəcəyi, hətta hazırda göstərməsi haqqında çox yazılır və danışılır.

Bu, prinsipcə, istisna olunmur. Artıq bir neçə dəfə xəbərlər dolaşıb ki, həmsədrlər – ABŞ və Fransa Dağlıq Qarabağın “stasus”u haqqındakı danışıqları yenidən gündəmə gətirmək, bunu bərpa etmək istəyir.

Amma burada iki məqam var. Nəinki Noyabr və Yanvar razılaşmalarında, hətta Dağlıq Qarabağın statusu haqqında qeyd, işarə belə yoxdur. İkincisi, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati vahid mövcud deyil.

Bəli, bu mənada BMT Baş Məclisinin növbəti sessiyası da çox mühüm oldu. Biz Azərbaycan prezidentinin video- çıxışına çox diqqət etdik.

Bəzən mübahisəli və yanlış qərarlar həm də ona görə baş verir ki, insanlar məsələlərlə bağlı informasiyasız olurlar. Qarabağ problemi bu baxımdan da istisna deyil.

İndi hamı öyrəndi ki, Azərbycan yalnız özünün işğal olunmuş rayonlarını azad edib və faktiki olaraq BMT TŞ-nın qətnamələrinin qərarlarını yerinə yetirib. Bu hüququ isə ona məhz BMT-nin özünün nizamnaməsi verib.

Qayıdaq həmsədrlərin hipotetik təzyiqinə. Biz otuz il gözlədik ki, bu ölkələr Ermənistana təzyiq edəcək. Təəssüf ki, bu, olmdı! Odur ki, MQ-nun və onun həmsədrlərinin bir iqtidarı, hətta təpəri belə olsaydı, onlar bunu edərdi və biz də bunun şahidi olardıq.

Onların indi də belə imkanları yoxdur. ABŞ və Fransa yalnız onu edə bilər ki, Ermənsitana və Dağlıq Qarabağa maliyyə yardımını artırarlar.

Rusiyaya gəldikdə isə, o, birbaşa prosesdə iştirak edir. Bakıya təzyiq edilməsi Moskvanın maraqlarına cavab verir. Amma çətin ki, Kreml bunun həmsədrlərin əlilə olmasını istəyə, çünki belə bir halda digər iki həmsədr aktivləşə bilər. Bu isə Mosкvanın maraqlarına ziddir. Həmişə qeyd edirik ki, Moskvanın məqsədi problemin çözülməsi yox, Bakını və İrəvanı öz orbtində saxlamaqdır.

Sonuncu parlament seçkiləri göstərdi ki, Ermənsitanın əhalisi hərbi əməliyyatların bərpasını istəmir.
Bu günlərdə telekanalların birində bu ölkənin əhalisi arasında ayaqüstü aparılmış sorğunu göstərirdilər.
Demək olar ki, hamı Türkiyə ilə sərhədlərin açılmasının vacibliyini bildirirdi və hətta elələri də oldu ki, Dağlıq Qarabağda müharibənin tamam mənasız olduğunu dilə gətirdi, çünki Dağlıq Qarabağ heç bir vaxt Ermənistanın olmayıb...

Bəs nəyə görə belə ovqatın təzahürlərini real siyasətdə görmürük? Əslində ermənilərin Paşinyana təkrar səs verməsi bunun təzahürüdür. Fəqət, sadə ermənilər həmişə öz başabəla “lider”lərinin avantüralarının qurbanı olublar.

İndi Paşinyan arabir pozitiv ismarışlar da göndərir. Amma bütövlükdə proses irəliləmir, hamı yerində sayır. Lakin Paşinyan belə halın da otuz il davam edəcəyini düşünürsə, çox yanılır.

Aydın məsələdir ki, Paşinyan təkcə özünün yerli opponentlırindən yox, Moskvadan da ehtiyat edir. Kreml hələ ki onunla işləyir, amma qırmancı yaddan çıxartmır. Bu günlərdə Rusiyanın hakim partiyası Robert Koçaryanı yenə də Moskvaya dəvət etmişdi.

Kreml çox istəyir ki, proses indiki vəziyyətində donub qalsın. Bu yaxınlarda guya özünün Dağlıq Qarabağdakı hərbi təmsilçisini geri çağırdı. Amma yeni təmsliçi də Azərbaycana Ermənistana baş çəkərək gəldi. Yəqin o da erməniləri əmin etməyə çalışıb ki, Rusiya heç vaxt onları tək buraxmayacaq...

Hüseynbala Səlimov //musavat.com//



Paylaş:


Müəllif : Tarix:
25-09-2021, 13:12
Sikayət   


loading...
Загрузка...