“Sülhməramlı komandanlarının dəyişdirilməsi Bakının təkidi ilə baş verir” - GƏLİŞMƏ
“Mixail Kosobokov Abxaziyada, Cənubi Osetiyada və Krımda fəaliyyət göstərib. Təbii ki, bu cür bir şəxsin Azərbaycan ərazisində sülhün, sabitliyin təhlükəsizliyin qorunulması ilə bağlı məsul olması rəsmi Bakını narahat edən məsələdən biri idi”.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib.
O, bir müddət öncə Qarabağdakı rus sülhməramlılarının komandanı vəzifəsinə gətirilən Mixail Kosobokovun general-leytenant Gennadi Anaşkinlə əvəz edilməsini şərh edib:
“Azərbaycan tərəfi Kosobokovun sülhməramlıların komandanı kimi fəaliyyətindən narazılığını bildirdikdən sonra onun əvəzlənməsi baş verdi. Burada Azərbaycanın təkidi və təzyiqini qiymətləndirmək lazımdır”.
“Sülhməramlılar Azərbaycan ərazisində müvəqqəti yerləşdirildikdən sonra, onların ilk komandanı olan Rüstəm Muradovun fəaliyyəti yarıtmaz və qeyri-qənatəbəxş idi. O daha çox yerli əhalinin kommunal tələbatlarını ödəməyə, sosial infrastrukturu bərpa etməyə diqqət yetirirdi. Muradovun separatçılarla da isti münasibəti görüntülənmişdi. Təbii ki, bu rəsmi Bakını ciddi şəkildə narahat edən bir məsələ idi. Onun əvəz edən Mixail Kosobokov daha çox separatçılarla işləmək təcrübəsinə malik bir şəxs idi. Hazırkı komandan Gennadi Anaşkinin rus-çeçen müharibələrindəki fəaliyyəti daha çox nəzərə çarpır və onun da üzərinə böyük məsuliyyət düşür.
Heç kəs unutmamalıdır ki, sülhməramlıların fəaliyyət dövrü 5 illə məhdudlaşır və tərəflərdən birinin etirazı olarsa, onda sülhməramlılar bölgəni tərk edə bilər. Əgər sülhün, sabitliyin, təhlükəsizliyin, birgəyaşayış qaydalarının və xalqlar arasında etimad mühitinin formalaşdırılması istiqamətində fəaliyyət həyata keçiriləcəksə, bu, hər iki tərəfi qane edən bir yanaşma olacaq. Lakin Azərbaycanın milli maraqlaırna zidd istənilən Anaşkinin də dəyişdirilməsi tamamlanacaq”, – deyə mütəxəssis fikirlərinə əlavə edib.
İlyas Hüseynov qeyd edib ki, Anaşkin öz yanaşmalarında ilk növbədə rəsmi Bakının maraqlarını nəzərə almalıdır:
“Heç bir halda Laçın dəhlizindən humanitar məqsədlərdən xaric hansısa yüklərin daşınması baş verməməli, xarici dövlətlərin nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olmamalıdır. Əgər belə bir yanaşma tətbiq olunarsa, onda sülhməramlıların fəaliyyətindən razılıq ifadə olunar və onlara münasibət dəyişər. Hazırda isə Gennadi Anaşkin sələflərinin fəaliyyətində olan narazılıqları aradan qaldırmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-09-2021, 16:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-09-2021, 16:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti