reklam
Regionxeberlericom.az » Siyasət » İrandan Azərbaycana yeni TƏHDİD - Tehran sabahkı təlimlərə niyə bu adı verdi?

reklam

İrandan Azərbaycana yeni TƏHDİD - Tehran sabahkı təlimlərə niyə bu adı verdi?



Son vaxtlar Azərbaycanla münasibətləri gərginləşdirən İran İslam Respublikası növbəti provakasiyaya əl atıb. Belə ki, cənub qonşumuz sabah Azərbaycan sərhədlərində yeni hərbi təlimlərə başlayacaq. İran budəfəki hərbi təlimlərə “Fatihan Xeybər” ("Xeybər fatehləri") adını verib.

Siyasi ekspertlər bunu İranın Azərbaycana növbəti təhdid hesab edirlər.

Modern.az-ın məlumatına görə, hadisəni şərh edən siyasi icmalçı Şahin Cəfərli bildirib ki, İranın yeni təlimlərə bu adı verməsi təsadüfi deyil:

“Hələ 629-cu ildə müsəlmanlarla yəhudilər arasında Xeybər savaşı baş verib və Mədinə yaxınlığındakı bu şəhər Əlinin xüsusi şücaət göstərdiyi müharibənun sonunda müsəlmanların nəzarətinə keçib.

İran XİN-in “sərhədlərimizin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcəyik” açıqlaması onu deməyə əsas verir ki, təlimin adı təsadüfi seçilməyib. Şübhə yoxdur ki, bu hərbi manevrlər Azərbaycan Respublikasına xəbərdarlıq-mesaj xarakteri daşıyır və Bakıda ciddiyə alınmalıdır. Açıq hərbi müdaxilə gözlənilməsə də, İranın özünə təhlükə kimi qiymətləndirdiyi hansısa obyektə (məsələn, camış ferması) lokal zərbə endirməsi ehtimalını da tam istisna etmək doğru olmaz”.

Ekspert deyir ki, bütün, o cümlədən nəzəri ehtimallar dövlət tərəfindən diqqətə alınmalıdır.

“Yaxın günlərdə Türkiyə prezidenti Ərdoğanın Füzuli hava limanının açılışına, yəni İran sərhədləri yaxınlığına gəlişi həm də Tehrana mesaj olacaq. Bu səfəri “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin 1-ci maddəsi çərçivəsində də dəyərləndirə bilərik. Orada yazılıb:

“...Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar”.

Yeri gəlmişkən, bəzi siyasətçilərimizdən və şərhçilərimizdən hələ də eşidirik ki, Türkyə ilə hərbi müttəfiqlik, birgə müdafiə haqqında anlaşma imzalanmalıdır. Halbuki, barəsində danışdığmız müqavilə bu müttəfiqliyin hüquqi bazasını çoxdan yaradıb, məcbur deyil ki, sənədin adında “hərbi müttəfiqlik” sözləri yazılsın. Məsələn, 2-ci maddə çox aydındır:

“Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaq”.

Bu sənəd Türkiyənin Azərbaycana hərbi yardımı və onun müdafiəsinin təşkili üçün zəruri tədbirləri görməsinə hüquqi təməl yaradır”.


Paylaş:


Müəllif : Tarix:
30-09-2021, 15:39
Sikayət   


loading...
Загрузка...