Fransanın ABSURD Qarabağ vasitəçiliyi - KİMİ ƏLƏ SALIRLAR?
ATƏT-in Minsk Qrupunda vasitəçilik Fransanın Ermənistana dəstək siyasətini həyata keçirmək üçün əlavə mexanizmə çevrilib. Tarixən Fransa əvvəllər yalnız dünya erməniçiliyini deyil, həm də erməni terrorunu himayə edən dövlət kimi tanınıb. Birinci Qarabağ müharibəsindən sonra Fransa Ermənistanın işğalçılıq siyasətinə də bəraət qazandırmağa çalışan ölkəyə çevrildi. Üstəlik, Minsk Qrupuna həmsədr kimi daxil olan Fransa bu mandatdan Ermənistanı müdafiə etmək üçün diplomatik üstünük kimi istifadə etməyə çalışır. Lakin rəsmi Parisin tərəfsizlik prinsipini pozması nəinki münaqişənin həllinə kömək etmədi, əksinə, danışıqlar prosesinin dalana dirənməsində ciddi rol oynadı. Ona görə də Azərbaycan 2020-ci ildə işğal altındakı ərazilərini güc yolu ilə azad etməli oldu. Artıq həm Minsk Qrupunun, həm də Fransanın “sülhyaratma missiyası” fiaskoya uğrayıb.
Buna baxmayaraq, Fransa Cənubi Qafqazdakı maraqlarını Ermənistanın əli ilə həyata keçirmək üçün vasitəçilik mandatından siyasi qazanc mənbəyi kimi faydalanmağa çalışır. Azərbaycan dövləti Fransanın yanlış mövqedə olduğunu dəfələrlə rəsmi Parisin diqqətinə çatdırıb.
Ancaq Fransa münaqişənin bitmədiyinə dair yersiz iddialar irəli sürməklə vasitəçilik missiyasını davam etdirməyə və bu yolla bölgədəki geosiyasi aktivliyini təmin etməyə səy göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin “France-24” telekanalına verdiyi müsahibə zamanı jurnalistin “Siz Fransanı düzgün vasitəçi hesab edirsiniz?” sualını verməsi rəsmi Parisin mövqeyindən daşınmadığını göstərir. Ona görə də dövlət başçısı bitərəflik prinsipini pozan Fransanın sülh prosesinə zərbə vurduğunu bəyan etməklə səhv siyasi mövqedə dayandığını bildirdi.
“Müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyunca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır”, - Azərbaycan Prezidenti belə deyib.
Politoloq Tofiq Abbasov Cebhe.info-ya açıqlamasında bildirdi ki, Fransanın vasitəçilik təşəbbüsü imperialist iddialarının yeni şəkildə həyata keçirilməsinə hesablanıb. Qafqaza iddialı olan Paris bu məsələdə ermənilərdən siyasi alət kimi istifadə etməyə çalışır:
“XX əsrdə Cənubi Qafqazda üç siyasi millət dünya səhnəsinə çıxıb. Bunlar azərbaycanlılar, gürcülər və ermənilərdir. Əvvəllər Qafqaz Rusiyanın tərkibində idi. XX əsrin əvvəllərində müstəqillik əldə edildikdən sonra ingilislər Azərbaycanı diqqət mərkəzinıə gətirdilər. Fransa erməniləri himayə etdi. Gürcüləri Almaniya dəstəkləyirdi. O zamandan bu, bir ənənəyə çevrilib. Hazırda Fransa postsovet məkanında mövqelərini gücləndirmək istəyir. Azərbaycanın Fransa şirkətləri ilə iqtisadi əlaqələr qurmasına baxmayaraq, onlar Ermənistana yüksək diqqət ayırırlar. Fransada böyük erməni icmasının olması və Ermənistanın Farnkamoniya klubunun üzvü olması rəsmi Parisi həmişə qayğılandırır, onun siyasi istiblişmentini hərəkətə gətirir. Qafqaz bölgəsi həm də kommunikasiyaların keçdiyi bölgə kimi Fransanı cəlb edir. Bu baxımdan, Fransa bölgədə Rusiyanı sıxışdırıb öz yerini bərkitmək istəyir. Digər tərəfdən, Ermənistanı özünə daha sıx bağlamağa çalışır. Bu bağlılıqdan da siyasi divident götürmək niyyətindədir. Nəzərə almaq lazımdır ki, Fransa vaxtilə imperiya olub və başqa xalqları müstəmləkə altında saxlamaq üsulları var. Müasir dövrdə də Fransa BÇT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi nüvə dövləti, NATO-nun üzvü olaraq imperialist siyasətini gücləndirməyə cəhd göstərir. Bu səbəbdən də ermənilər onların ətəyindən yapışıblar.
Ermənilər “Frankopon” klubuna qoşulmaqla özlərini Avropa mədəniyyətinə yaxın göstərirlər. Halbuki, erməni dilinin “Frankopon” klubuna heç bir dəxli yoxdur. Fransa mədəniyyətinin ermənilərə aidiyyəti yoxdur. Ermənilər farslara fransızlardan daha yaxındır”.
Politoloq fikrincə, Fransanın maraqları ondan ibarətdir ki, Cənubi Qafqazda dayaqları daha da möhkəmlənsin, həm siyasi, həm də iqtisadi dividentlər götürsünlər:
“Misal üçün deyim ki, Zəngilan rayonunda hazırda polis şöbəsi işğal dövründə ermənilərin fransız təmayüllü uşaq bağçası açdığı binada yerləşir. Ora yerləşdirilənlər isə Suriya erməniləri olub. Çünki Suriyada fransiz dili faktiki olaraq ikinci dil sayılır. Fransa həm Yaxın Şərqə, həm də Qafqaza böyük maraq göstərir. Çünki Qafqaz geosiyasi anlamda Yaxın Şərqə birləşdirilib. Bu mənada rəsmi Paris hesab edir ki, bu bölgəni Rusiyanın əlindən almaq lazımdır. Fransanı iştahlandıran isə ermənilərin bu yaltaqlığıdır”.
Ekspert onu da qeyd edib ki, Fransa heç vaxt vasitəçi kimi hər hansı münaqişənin həllinə nail olmayıb:
“Yəni rəsmi Parisin belə təcrübəsi yoxdur. Əksinə, Fransa işğalçılıq siyasətini bu gün də davam etdirir. Afrika qitəsində Kamor adaları deyilən dövlət var. Fransa dörd adadan ən böyüyünü işğalda saxlayırdı. Bir neçə il öncə orada xristian icmasının əli ilə qondarma referendum keçirərək həmin adanı özünün 101-ci Departamenti elan etdi. Yəni Fransa Kamor adalarının ərazi bütövlüyünü pozub, işğalçılıq siyasəti yürüdür. Halbuki, Kamor adaları müsəlman dövlətidir və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu isə Fransanın nə qədər azğın imperialist siyasət həyata keçirdiklərini göstərir. Eləcə də Okeaniyadakı adaları ərazi iddiası irəli sürürlər. İki-üç əsr öncə imperiya siyasəti yürüdən, soyqırımlar həyata keçirən Fransanın sülhyaratma vasitəçiliyindən danışması qeyri-normal görünür. Fransız əsgərləri Əlcəzairdə insanların başını kəsib futbol oynayırdı. İndi uydurma erməni soyqırımından danışırlar. Azərbaycan gərək Türkiyə ilə əl-ələ verib bu prosesə mane olsun. Sağlam vasitəçilik heç vaxt qərəzli ola bilməz. Selektiv yanaşma nümayiş etdirilirsə, deməli, məqsəd öz mənfəətini götürməyə hesablanıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-10-2021, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-10-2021, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 11:19
XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 10:49
İCARƏYƏ VERDİYİ OBYEKTİ SAXTA SƏNƏDLƏ ƏLƏ KEÇİRİLDİ - Cəbrayıl sakini Gigiyena və Epidemiologiya Mərkəzinin direktorundan şikayətçidir
Dünən, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
17-12-2024, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
17-12-2024, 10:45