Gürcüstanda seçkinin ilkin nəticələri açıqlandı - 5 şəhərdə 2-ci tur keçiriləcək
Gürcüstanın Mərkəzi Sekçi Komissiyası (MSK) yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.
MSK artıq 3 743 məntəqənin 1 446-dan (38,63 %) əldə olunan səsləri hesablayıb.
Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının nümayəndəsi Kaxa Kaladze 48,56 %, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qurduğu müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi müxalifətçi Nika Meliya isə 31,23 % səs əldə edib.
Üçüncü yeri isə 6,87 %-lə Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası tutub.
Gürcüstanın beş böyük şəhərində – Tbilisi, Rustavi, Batumi, Kutaisi və Potidə isə mer seçkilərinin ikinci turu keçiriləcək.
Çünki, bu şəhərlərdə namizədlərin heç biri birinci turda qələbə üçün yetərli səs toplaya bilməyib.
Seçki qanunvericiliyinə əsasən, birinci turda mer postuna seçilmək üçün namizədlərin hər hansı biri səslərin 50 faizindən çoxunu toplamalıdır.
Belə ki, paytaxt Tbilisidə hakim Gürcü Arzusu Partiyasının namizədi, hazırki mer Kaxa Kaladze 45,5 faiz, müxalif Vahid Milli Hərəkatın namizədi Nika Meliya 34,13 faiz səs yığıb.
Rustavidə Gürcü Arzusu Partiyasının namizədi Nino Latsabidze 45,5 faiz, müxalif Vahid Milli Hərəkatın namizədi David Kirkitadxe 34,13 faiz səs, Batumidə Gürcü Arzusu Partiyasının namizədi Arçil Çikovani 41,49 faiz, Vahid Milli Hərəkatın namizədi Georgi Kirtadze 42,34 faiz toplayıb.
Kutaisi və Potidə də namizədlərdən hər hansı biri birinci turda mer seçilmək üçün seçicilərin yarısından çoxunun səsini ala bilməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-10-2021, 10:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-10-2021, 10:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29