reklam
Regionxeberlericom.az » Siyasət » İran bütün Azərbaycana torpaq İDDİASI İRƏLİ SÜRDÜ - BAŞLARI ÇAŞIB...

reklam

İran bütün Azərbaycana torpaq İDDİASI İRƏLİ SÜRDÜ - BAŞLARI ÇAŞIB...



İran mediasında Azərbaycanla bağlı açıqlamalar getdikcə daha da artır. Bu xəbər və açıqlamalar əsasən rəsmi deyil, rəsmi dairələrə yaxın adamlar vasitəsi ilə dilə gətirilir. Aydın məsələdir ki, bir çox mesaj və təhdidlərin bu şəkildə çatdırmaq çoxdanın taktikalarından biridir.

JAMAZ.İNFO xəbər verir ki, bu gün həmin sıraya İranda tanınmış mütəxəssislərdən biri olan, beynəlxalq məsələlər üzrə şərhçi Seyyid Rza Sədr əl-Hüseyni də qoşulub.

Qeyd edək ki, onun İran mediasına verdiyi bu günkü açıqlamalar birbaşa Azərbaycanın ərazi bütövlüyünə ehtiramsızlıqla yanaşı, həm də torpaqlarımıza iddiadır.

O deyir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra İranla aralarında hər hansı ciddi problem yaşanmayıb. Əl-Hüseyni hesab edir ki, Azərbaycan bölgədə güclü bir dövlət olmaq fikrinə inanaraq, bir çox addımlar atıb. “Azərbaycan bu addımları ilə şərəfli bir yol keçdi və şərfli ölkəyə çevrildi. Lakin bu gün üzləşdiyimiz vəziyyət trans-region ölkələrinin Azərbaycan üçün yaratdığı anlaşılmazlıqdır. Azərbaycanın bəzi məmurları hesab edirlər ki, İsrail və Türkiyənin dəstəyi ilə 44 günlük müharibədə əldə etdikləri qələbədən sonra geosiyasi işlərə müdaxilə edə biləcəklər. Məsələn, onlar Ermənistanla nəqliyyat yoluna nəzarət etmək, fərqli bölgələrdə güclənmək və yerləşməklə və bunu başqa dövlərlərin yardımı etdiyi halda İrana təsir edə biləcək. Bu xəyaldır”.

İranlı ekspert deyir ki, bu prosesin başında İsrail dayanır. Onun sözlərinə görə, İsrail Fələstin, Suriya və Livanda üzləşdiyi müqavimətdən sonra işğaldan azad edilmiş Azərbaycan torpaqları üzərindən İrana təsir etməyə çalışır. “Bu proses qalıcı olmayacaq. Şübhəsiz ki, Azərbaycan hakimiyyəti İran dövlətinin Azərbaycan xalqına xoş münasibətindən xəbəri var. Heç bir halda media məntiqsiz halların yaşanmasına çalışmamalı və bu münasibətlərə xələl gətirməməlidir. Önəmli məsələ bölgədə sülhdür. Bölgədəki sülhün pozulması isə sionist (İsrail) rejimin xeyrinədir və marağındadır”.

əl-Hüseyni İranda yaşayan xalqların, xüsusən də Azərbaycan türklərinin “separtizm”ə yönələ biləcəyi məsələsinə də toxunub. “Bəzi media orqanlarında İranda yaşayan azərbaycanlıların ayrılaraq, onlarla birləşəcəyini yazırlar. İnqilabdan sonra xarici media cənubda Ərəb xalqı, Azərbaycanda Azərbaycan xalqı və Bəllucistanda Bəlluc xalqı adlı bir mövzu yaratdılar. Əslində isə İranda separatizm deyilən bir şey yoxdur. Bunu məqsədli şəkildə şişirtməklə, özlərinə təsəlli verirlər”.

Və sonra iranlı ekspert “qardaşlıq”, “dostluq”, “yaxşı qonşuluq” söhbətini unudaraq, açdığı mövzunun əsl tərəfini göstərib. Əl-Hüseynin açıqlamasındakı son sözləri isə birbaşa Azərbaycana ərazi iddiasıdır. “Məsələnin əsli budur ki, bu gün Azərbaycan kimi tanınan ölkə əslində, Qacar dövründə padşahların şəriştəsizliyi nəticəsində vətəndən (İran nəzərdə tutulur-red.) qoparılaraq, Rusiya çarına təslim edildi. Daha sonra SSRİ-nin tərkibində oldu. SSRİ dağılıb, Azərbaycan da ondan ayrılıb. İndi isə vaxtdır. Azərbaycan vətənə (İrana) qovuşmalı və birləşməlidir”.



Paylaş:


Müəllif : Tarix:
5-10-2021, 16:30
Sikayət   


loading...
Загрузка...