“İran əvvəl qorxutmaq istədi, gördü ki...” - FAKT BUDUR!
“İranın Azərbaycana məxsus hərbi təyyarələrə hava dəhlizini bağlaması ümumi müşahidə olunan gərginliyin bir elementidir. Düşünürəm ki, İranın bu davranışı bir növ rəmzi xarakter daşıyır. Guya onlar nəsə etməlidirlər və bunu edirlər. Sözsüz ki, İran gərgin münasibətlər fonunda yavaş-yavaş arxaya çəkiləcək. Amma öz imicini itirməmək üçün nəyəsə əl atmalıdır. Yəni xırda işlərlə bizi “sancmağa” çalışacaq. Bu məsələnin siyasi tərəfidir”.
Bunu Reyting.az hərbi ekspert Azad İsazadə Azərbaycan-İran münasibətlərindən danışarkən deyib.
Məsələnin hərbi tərəfinə gəldikdə, ekspert bildirib ki, Azərbaycanın ərazisi geniş olmadığından təyyarələrimiz uçub geri qayıdan zaman mümkündür ki, İran ərazisinə daxil olsun. “Səhv etmirəmsə, bununla bağlı tərəflər arasında razılaşma var idi. Mən, Birinci Qarabağ müharibəsini nəzərdə tuturam. O zaman təyyarə uçub geri qayıdan zaman nisbətən geniş və təhlükəsiz ərazi İran tərəfi olduğundan oradan çevrilib Azərbaycana qayıdırdı. Məncə, ola bilsin ki, qadağanın bir hissəsi də bununla əlaqədardır. Düşünürəm ki, indi bizim buna ehtiyacımız yoxdur”,- A. İsazadə qeyd edib.
Hərbi ekspert əlavə edib ki, İran tərəfinin qadağasının bir nüansı da Naxçıvanla əlaqəlidir. Onun sözlərinə görə, Azərbaycan öz ərazisinin ayrılmaz hissəsi olan Naxçıvana hərbi təyinatlı ləvazimat və yükləri təyyarə ilə çatdıranda İranın hava sərhədindən istifadə edir: “Amma bu məsələ də öz həllini tapa bilər. Mən güman etmirəm ki, hansısa təyyarə Ermənistan üzərindən keçsə, onu vurmağa cəhd edərlər. İndi hələlik Ermənistan bizim sərnişin təyyarələri üçün hava dəhlizini açıb. Əlbəttə, hərbi xarakterli təyyarələrlə bağlı bizim bir müddətlik problemimiz yarana, çətinliyimiz ola bilər. Düşünürəm ki, məsələni hansısa formada həll edəcəyik”.
Məsələnin digər tərəfinə gəldikdə, A. İsazadə deyib ki, İran bu addımları atarkən heç nə qazanmır: “Sadəcə, İran Azərbaycana nəsə etməli, özünü göstərməlidir. Əli nəyə çatırsa, onu da edir. Əvvəlcə “xox” gəlmək, qorxutmaq istədi, gördü ki, faydasızdır. İndi geri çəkilməlidir. Həm də nüfuzunu itirməmək üçün nəsə etməlidir. Daha ciddi addım ata bilmir, xırda işlərlə bizə sataşır. Daha böyük zərərlər vurmaq üçün gücü və mövcud durumu imkan vermir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-10-2021, 09:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-10-2021, 09:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29