İrandan səfirimizi geri çağıra bilərik - HƏQİQƏTƏN DƏ...
Azərbaycan və Türkiyənin İrandakı səfirləri Əli Əlizadə ilə Dərya Örs arasında görüş olub. Son günlər İran ilə Azərbaycan arasında yaşanan gərginlik fonunda səfirlərin bir araya gəlməsi belə bir sualı aktuallaşdırır. Azərbaycan və Türkiyə İrandakı səfirlərini geri çağıra bilərmi?
Mövzu ilə bağlı siyasi-şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, əslində mahiyyət etibarilə bu mümkündür.
Çünki İran-Azərbaycan gərginliyi səngimədiyi kimi artmaqda da davam edir: "Xüsusilə rəsmi Tehranın atdığı son addımlar, iranlı rəsmilərin sərt siyasi ritorikaları gərginliyin hələ artacağından xəbər verir. Proses hazırkı mənfi tempində seyr etməyə davam etsə, ölkələrin qarşılıqlı şəkildə səfirləri geri çağırması mümkündür. İstənilən halda rəsmi Bakı, İran ilə münasibətlərin korlanmasında maraqlı deyil. Mahiyyət etibarilə bu hal bu gün də davam edir. Lakin İranın xüsusilə 44 günlük müharibə sonrası mənasız və əsassız şəkildə gərginliyi pik həddə çatdırması rəsmi Bakını da cavab addımları atmağa vadar edir. Vəziyyət o həddə çatıb ki, artıq ölkə başçısı Prezident İlham Əliyev də öz çıxışlarında rəsmi Tehranın əsassız iddialarına müvafiq üslubda cavab verməyə başlayıb".
Analitik bildirib ki, İranın Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyması isə Tehranın Bakıya qarşı attığı ən sərt addım kimi qiymətləndirilə bilər:
"Azərbaycan tərəfi də öz növbəsində Ermənistan hava məkanından istifadə edərək Naxçıvana səfər təşkil edərək İranın atdığı addımı mənasız və nəticəsiz edib. Zənnimcə, proses bu tempdə inkişaf etməyə davam etsə, rəsmi Bakı daha sərt addımlar atmalı olacaq. Söhbət ölkəmizin İrandakı səfirinin geri çağırılmasından gedir. İndiki halda hələ ki, buna ehtiyac olmasa da gərginlik azalmasa gec-tez bu da baş verəcək. Bu isə İrana heç bir halda sərf etməyəcək. Məsələ ondadır ki, Azərbaycanın diplomatik nüfuzu İranı, xüsusilə də digər qonşuları ilə çətin bir vəziyyətə sala bilər. Misal üçün, ötən gün Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoydu. Bu gün isə bənzər addım Türkiyədən gəldi. Belə ki, Türkiyə İran Razi sərhəd-keçid məntəqəsini bağlayıb. Sabah bənzər addımın Pakistan tərəfindən, hətta "Taliban" nəzarətindəki Əfqanıstan da ata bilər. Azərbaycan ilə gərginlik İran iqtisadiyyatına Qərbin və ABŞ-ın sanksiyalarından daha böyük zərbə vuracaq. Bakı hansı qərar versə, şübhəsiz ki, Ankara da bunu dəstəkləyəcək. Yəni sabah Azərbaycan səfirini İrandan geri çağırsa, Türkiyə də bənzər addım ata bilər. Azərbaycan və Türkiyəsiz İran isə ABŞ və Qərbin açıq hədəfinə çevriləcək. Nə qədər qəribə səslənsə də bu belədir. Tehran ilə Qərb arasındakı tək sədd Bakı və Ankaradır!".
Paylaş:
Müəllif : Yazar
Tarix:7-10-2021, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-10-2021, 11:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti