reklam
Regionxeberlericom.az » Siyasət » Erməni separatçılarını Qarabağda kim cəsarətləndirib? - HƏQİQƏTƏN DƏ...

reklam

Erməni separatçılarını Qarabağda kim cəsarətləndirib? - HƏQİQƏTƏN DƏ...



Bu məsələdə rusiya sülhməramlarının məsuliyyəti kifayət qədər yüksəkdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Qarabağda yerləşən rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı qanunsuz erməni hərbi birləşmələrinin terror aktları nəticəsində Ordumuzun əsgərinin şəhid olması, eyni zamanda Kəlbəcərə tikinti materialları aparan karvanın atəşə tutulması haqda danışarkən deyib.

Politoloq bildirib ki, rus sülhməramlılarının müşayiət etdiyi karvanın atəşə tutulması birbaşa Rusiyanın vicdanına yazılmalıdır:

“Bölgədə sülh və əmin-amanlıq, iqtisadi yüksəliş üçün aparılan siyasətə qarşı ciddi təxribatları müşahidə edirik. Rus sülhməramlılarının müşayiət etdiyi mülki karvanı qanunsuz erməni birləşmələri necə atəşə tuta bilər? Yaxud 44 gündə darmadağın edilən erməni separatçıları hansı cəsarətlə snayperlə əsgərimizi şəhid edə bilərlər?

Bu məsələlərdə Rusiyanı birbaşa ittiham etməkdə çətinlik çəkirəm. Çünki Rusiya sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və “Altılıq platforması”nın qurulmasında ortaya siyasi iradə qoyub və bunu İran XİN rəhbərinin Moskvaya səfərində də müşahidə etdik. Ona görə Kremlin bu təxribatlarda əlinin olduğunu düşünmürəm. Ancaq istisna deyil ki, Rusiyadakı ayrı-ayrı qruplar erməniləri belə terrorçu hücumlara cəsdarətləndirsin”.

Politoloqun sözlərinə görə, bu təxribatların Azərbaycan və Ermənistan XİN başçılarının görüşü zamanı baş verməsi də diqqət çəkir:

“Bu isə təxribatların təsadüfü olmadığı, bölgədə sülhün əldə edilməsini istəməyən qüvvələrin aktivləşdiyini göstərir. Təəssüf ki, ermənilər ənənəvi olaraq hansısa qüvvələrin əlində yenə vasitə olmağa davam edirlər. Görünür, 44 günlük savaş onlara dərs olmayıb və anlamayıblar ki, onları təxribata çəkən qüvvələrə arxalanmalarının heç bir faydası yoxdur. Nə qədər ki, erməni separatizmi bunu dərk etməyib, ən böyük zərbəni də Ermənistan alacaq”.

Q.Hüseynli təxribatların qarşısının birdəfəlik alınması üçün 10 noyabr bəyanatına uyğun olaraq, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsinin vacibliyini bildirib:

“Əks halda mütləq anti-terror əməliyyatı qaçılmaz olacaq”.


Paylaş:


Müəllif : Tarix:
15-10-2021, 16:23
Sikayət   


loading...
Загрузка...