Azərbaycanın təhvil verdiyi ERMƏNİLƏR: - "Bizə onları yedirtmək, yoxsa sərhəddi çəkmək lazımdır?"
“Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanılan birgə bəyanatda əsirlərin, girovların və digər saxlanılan şəxslərin qaytarılması haqqında bir bənd var. Həmin bəndə uyğun olaraq da, Dilqəm və Şahbazı geri ala bildik”.
Bunu 5 erməni terrorçusunun Ermənistana təhvil verilməsi və Ağdağ yüksəkliyinin ordumuzun nəzarətinə keçməsini şərh edən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a şərh edərkən deyib.
Ədalət Verdiyev bildirib ki, Azərbaycanda heç bir erməni əsiri, girovu qalmayacaq, hamısı qaytarılacaq:
“Cəmiyyəti buna daha əvvəlcədən hazırlamaq lazım idi. Bunu müzakirə etmək lazım idi. Misal üçün həbsxana rəisi və ya müavini telekanallara çıxıb, başa salmalıydı ki, erməni terrorçusunun saxlanılmasına dövlət nə qədər resurs xərcləyir. Ayrı bir kamera, ayrı bir nəzarətçi olmalıdır, azərbaycanlılarla görüşməməlidir, tualeti, yeyəcəyi, yatacağı hamısı ayrı olmalıdır. Bunlar hamısı çox ciddi xərc tələb edən məsələlərdir. Azərbaycanda nə qədər saxlanılan erməni varsa, hamısı nə zamansa qaytarılacaq. Öncə az cinayət törədən, daha sonra isə kateqoriyalara uyğun olaraq təhvil veriləcək. Heç bir dövlət əlindəki belə “kozur”u havayı yerə xərcləməz. Bunun bir qarşılığı olacaq. Sərhədlərin delimitasiyası məsələsində mübahisəli ərazilər var, onları yoluna qoymaq üçün əlimizdə olan ermənilərdən istifadə ediləcək. Bizə ermənini yedirtmək lazımdır, yoxsa sərhəddi çəkmək? Əvvəlcə Laçındakı bir yüksəklikdə oturduq, indi də Ağdağ yüksəkliyi Azərbaycana təhvil verildi.
Qələbənin verdiyi üstünlükləri hərbi təzyiq vasitəsinə çevirməyi bacardıq. Ermənistan sərhəd məsələsinə gəlmirdi, sülh sazişindən bəhs etmirdi, Zəngəzur dəhlizinin ümumiyyətlə adını çəkmirdi. İndi bunların hamısını edəcəklərini bildirirlər. Proseslər onu göstərir ki, daha isti münasibətlər üçün hansısa addımlar atılır və bu vacibdir. Erməni əsgərinin burada saxlanılmasındansa sülh sazişinin imzalanması, sərhədlərin bərpası və qapalı olan komunikasiyaların açılması lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-10-2021, 16:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-10-2021, 16:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti