İNGİLTƏRƏNİN RUSİYAYA QARŞI “POLŞA KARTI” - Boris Conson gələn ilin əvvəlində kritik toplantı keçirmək niyyətindədir
İngiltərənin Baş naziri Boris Conson gələn ilin əvvəlində Böyük Britaniya-Vişeqrad zirvəsini keçirmək niyyətindədir. Viseqrad qrupuna Çexiya, Macarıstan, Polşa, Slovakiyadan ibarət ölkələr daxildir.
Qafqaz.media xəbər verir ki, "Sunday Express" qəzetinə görə, bu, Londonun Avropa Birliyi ilə münasibətlərində gərginliyi daha da artıra bilər.
İş burasındadır ki, İngiltərə XİN-dəki mənbələrə görə, Boris Conson Fransanın artan düşmənçiliyinə qarşı mübarizə aparmaq üçün "ingilislərə simpatiya bəsləyən" ölkələrlə ittifaq qurmaq istəyir. İngiltərə XİN başçısı Liz Trassa yaxın yüksək vəzifəli şəxs zarafatla deyir: "Bəlkə də AB-dən çıxmaq üçün məsləhət qrupu yaratmalıyıq". Bu, çox acı zarafatdır və açıq-aydın Brüsseldə, daha da çox Paris və Berlində xatırlanacaq. Bununla belə, London əmindir ki, Fransa və AB rəhbərliyi onu “Brexit”ə görə cəzalandırmaq niyyətindədir.
Göründüyü kimi, gələn il Fransada keçiriləcək prezident seçkiləri zamanı İngiltərə əleyhinə ritorikalar da bol olacaq və buna ilk əl atacaq şəxs Emmanuel Makron olacaq.
Trassa yaxın mənbə iki şeyi qeyd edib. Birincisi, nazir hesab edir ki, bu gün AB-də əsas fiqur Fransadır, Makron Avropa Birliyinin xarici siyasətini yönləndirə bilər, çünki Angela Merkelin gedişindən sonra Almaniyanın təsiri azalıb. İkincisi, Trass hazırda Baltikyanı ölkələrdən və "Vişeqrad qrupu"ndan olan həmkarları ilə söhbətdə çox vaxt keçirir və həmsöhbət ölkələr də "daha həssas və mehriban görünürlər".
Bu arada, Çexiyanın AB-yə sədrlik edəcəyi ildə Conson ilə danışıqlar aparmaq fürsətində maraqlı olduğu barədə məlumatlar var. Çünki Praqa İngiltərəni dəyərli müttəfiq hesab edir. Amma London əsas "stavka"nı başqa tərəfdaşa edəcək, yəni Varşavaya.
Unudulmamalıdır ki, Polşa İngiltərə ilə hökumətlərarası məsləhətləşmə formatına girməyi, həm də əməkdaşlıq və təhlükəsizlik haqqında ikitərəfli saziş bağlamağı bacaran dördlüyün yeganə və Avropanın ikinci dövlətidir. Birinci isə paradoksal olsa da Fransadır.
Polşa Baş naziri Mateuş Moravetskinin 2017-ci ildə dediyi kimi, “İngiltərə “Brexit” prosesindədir, amma bu, Avropanı tərk etdiyi anlamına gəlmir. İngiltərə AB-dən ayrılır, lakin Birləşmiş Krallıq NATO müdafiə və xarici təhlükəsizlik strukturlarında əsas müttəfiqimiz olaraq qalacaq".
London Varşavanı həm Avropa Birliyində, həm də xaricində öz "əlləri" kimi görür. Elə 2017-ci ildə Polşa XİN Belarusda yayımlanan Polşa təbliğat kanalı "Belsat"ın büdcəsini kəskin şəkiildə azaltmağa hazır olduqda, İngiltərə kanalın "Rusiya informasiya əməliyyatlarını müəyyən etmək və qarşısını almaq qabiliyyətini gücləndirmək" məsələsinin dəstəklənməsi üçün 5 milyon funt qrant verəcəyini vəd etdi. Hərçənd, bəzi polşalı mütəxəssislər Londonun Moskva ilə maraqlandığına şübhə ilə yanaşdılar, çünki əməliyyat Almaniyaya qarşı yönəlmiş kimi görünürdü. Əlbəttə ki, Çexiya da İngiltərə üçün əlverişli tərəfdaşdır, ancaq yalnız informasiya təxribatlarının təşkili baxımından. London Vişeqrad ölkələri ilə zirvə təşkil etmənin əsl məqsədini, yəni Avropa İttifaqını parçalamaq üçün "təxribat qrupu" nun yaradılmasını açıq göstərə bilmədiyi üçün əməliyyatı kamuflyajla pərdələməlidir.
Bir sözlə, Vişeqradla ittifaqın məqsədi Rusiya təhlükəsi ilə mübarizədir, amma Fransa ilə mübarizə kimi göstəriləcək. Bu da o deməkdir ki, Moskva Vrbetiçadakı çex silah anbarlarının partladılmasının araşdırılması ilə bağlı İngiltərənin xüsusi əməliyyatı təkrarlamaq cəhdləri ilə üzləşəcək. Çexiya XİN başçısı Yakub Kulganekin aprel ayında dediyi kimi, onun ofisi Hollandiya və İngiltərədəki NATO müttəfiqləri ilə işin necə irəliləməsi, yəni bu dövlətlərin raket zərbəsinə uğradıqda, onların Ukrayna üzərində MH17 təyyarəsinin raketlə vurulması, keçmiş GRU polkovniki və Rusiya agenti Sergey Skripalın Britaniya Solsberisində zəhərlənməsi hadisələrində necə hərəkət etmələri haqda məsləhətləşmələr aparır.
Beləliklə, Londonun maraqları naminə Praqa ilə oynamaq təcrübəsi var. Ancaq dördlük ölkələrindən sistemli iş üçün Polşadan yaxşısını tapmaq çətindir. Bu səbəbdən, Polşanın İngiltərənin anti-Avropa təxribatı və anti-Rusiya təxribatları üçün platsdarma çevriləcəyi açıq görünür.
Facebook-da paylaş
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2021, 08:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-10-2021, 08:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09