ABŞ və Rusiyanın baş kəşfiyyatçıları görüşüb – Moskvada məxfi müzakirə
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Direktoru Uilyam Börnz Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) başçısı Sergey Narışkinlə beynəlxalq terrorçuluqla mübarizədə ikitərəfli əməkdaşlığı müzakirə edib.
"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Börnzün səfəri Vaşinqtonla Moskva arasında davamlı gərginlik yaşandığı bir dönəmdə gerçəkləşir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı açıqlamada bildirilir ki, görüşdə Rusiya-ABŞ münasibətləri kontekstində departamentlərarası əlaqələrə, beynəlxalq terrorçuluqla mübarizəyə diqqət ayrılıb.
Bir gün öncə isə Börnz Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevlə görüşüb. Dünən yayılan rəsmi bəyanatda bildirilir ki, tərəflər Rusiya-ABŞ münasibətlərini müzakirə ediblər.
Rusiyanın Birləşmiş Ştatlarla əlaqələri “Soyuq müharibə”dən sonra ən aşağı həddinə düşüb. Rusiyanın seçkilərə müdaxiləsi, Moskvanın Krımı ilhaq etməsi, Ukraynanın şərqində separatçıları dəstəkləməsi, rusiyalı hakerlərin kiberhücumlar həyata keçirməsi iddiaları, Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənməsi gərginliyi daha da artırıb.
ABŞ Prezidenti Co Bayden deyir ki, bütün bunlara baxmayaraq, administrasiyası Moskva ilə spesifik məsələlərdə, strateji silahları ixtisarı, İranla nüvə danışıqları, fidyə tələb olunan və digər kiberhücumların önlənməsində əməkdaşlıq etmək istəyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-11-2021, 15:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər