reklam
Regionxeberlericom.az » Siyasət » Minsk qrupunun həmsədrlərindən biri dəyişdi

reklam

Minsk qrupunun həmsədrlərindən biri dəyişdi













Bris Rokfeyl ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri təyin edilib.

RegionXəbərləri.com  Modern.az-a istinadla xəbər verir ki, bu barədə Fransa hökumətinin saytında bildirilib.

Rokfeyl bu vəzifədə 2016-cı ilin oktyabrından vasitəçi kimi fəaliyyət göstərən Stefan Viskontini əvəz edəcək.

Rokfeyl yeni təyinatdan əvvəl Fransanın Özbəkistanda və Panamadakı səfiri, Rio-de-Janeyrodakı baş konsulu olub. 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.

Xatırladaq ki, bu ilin iyulunda Rusiya da ATƏT-in Minsk Qrupunda həmsədrini dəyişib. İqor Popovun yerinə bu vəzifəni İqor Xovayev tutub.

Beləliklə, bundan sonra ATƏT-in Minsk Qrupuna həmsədrliyi İqor Xovayev (Rusiya), Bris Rokfeyl (Fransa) və Endryu Şofer (ABŞ) həyata keçirəcək. 




Paylaş:


Müəllif : Tarix:
4-11-2021, 13:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər