reklam
Regionxeberlericom.az » Siyasət » Rusların Xocalı ərazisində özbaşınalığını necə izahı etmək olar? - RƏSMİ BAKI SUSMAMALIDIR!

reklam

Rusların Xocalı ərazisində özbaşınalığını necə izahı etmək olar? - RƏSMİ BAKI SUSMAMALIDIR!















"Rusların niyyəti həmin ərazilərdə uzun müddətli qalmaqdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya "sülhməramlı"larının Qarabağdakı hərbi düşərgəsinin ərazisində saldığı "Rusiya Şöhrət Xiyabanı”nın pərdəarxası məqamlarından danışarkən deyib. Politoloqun fikirincə, Azərbaycanın torpaqlarında, üstəlik, böyük mənəvi əhəmiyyəti olan Xocalı ərazisində baş verən bu özbaşınalığın çox sadə izahı var:

"Ruslar harada məskunlaşırlar, otururlar, özləri üçün kilsə tikib, abidələr qoyurlar. Onların niyyəti həmin ərazilərdə uzun müddətli qalmaqdır, vəssalam. Bunun başqa izahı yoxdur. Bundan da əlavə, rusların geri dönmək kimi fikirləri yoxdur. Yazıçılarına, şairlərinə heykəl qoyurlar, kilsə tikirlər, sülhməramlılarına heykəl qoyurlar. 4 il vaxtları qalmışdı. Onlar 4 ildən ötrü nə kilsə tikərdilər, nə də heykəl ucaldardılar. Demək, onların niyyəti həmin ərazidə uzun müddətli qalmaqdır”.

"Aleksandr Puşkinin büstünün Xocalıda yerləşdirilməsini İrəvanda son aylarda keçirilən antirusiya mitinqlərinə cavab olaraq dəyərləndirilmək mümkündür”.

Bunu isə hərbi ekspert Ədalət Verdiyev Xankəndinə yaxın ərazidə "Rusiyanın Şöhrət Xiyabanı”nın açılışından danışarkən deyib.

Ekspert bildirib ki, sözügedən bağ Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsinin birinci ildönümü şərəfinə açılıb:

"Aşılış noyabrın 10-da olub. Xiyaban rus hərbi şəhərciyinin ərazisində salınıb. Burada Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davydov, Mixail Lermontov, Qabriel Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri yerləşdirilib. Düşünürəm ki, 4 ildən ötrü Azərbaycan torpağında kiməsə büst qoymazdı”.

Ədalət Verdiyev hesab edir ki, bu tip büstləri və abidələri rusların sökülüb-yığılan konfiqurasiyada hazırlaması məsləhətdir:

"Çünki Azərbaycan əsgəri müharibə zamanı düşməni ərazilərimizdən qovanda bu metod ermənilərə unitazlarını sağ salamat söküb Ermənistana daşımağa imkan vermişdi. 1992-ci illərdə isə nə Salyan kazarmasını, nə indiki Müdafiə Nazrliyini, nə digər hərbi obyektləri söküb Rusiyaya daşımaq mümkün olmamışdı. Tarixdən dərs çıxarmayanlar Qəbələ RLS-i isə 2012-ci ildə daşıya bilmədilər. Odur ki, hər bir vəzifəli rus tarixdən dərs çıxarmalıdır, əks halda peşmançılıq qaçılmaz olur”.

Qeyd edək ki, Rusiya "sülhməramlı"larının Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulduğu "Rusiya Şöhrət Xiyabanı” açılıb... Layihənin müəllifi heykəltəraş Mixail Serdyukovdur. Layihə Rusiya ƏRAZİSİNDƏ silsilə xiyabanlar salınmasını nəzərdə tutur...




Paylaş:


Müəllif : Tarix:
11-11-2021, 12:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər