reklam
Regionxeberlericom.az » Siyasət » Qazaxın 7 kəndi məsələsi... NƏ OLDU?! - HƏQİQƏTƏN DƏ...

reklam

Qazaxın 7 kəndi məsələsi... NƏ OLDU?! - HƏQİQƏTƏN DƏ...












1 ili tamam olan 10 noyabr üçtərəfli anlaşmasının ilkin mətnində Qazaxın 7 kəndinin 20 noyabr 2020-ci ilə qədər qaytarılacağı öz əksini tapmışdı. 2-ci bənddə yer alan həmin detalın məzmunu belədir: “Ağdam bölgəsi və Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır”.

Lakin sonradan Qazaxla bağlı məsələ bəyanatın mətnindən çıxarıldı. İndi isə gündəmə çox az hallarda gətirilir. Bununla bağlı hansı gəlişmələr var, hansı proseslər aparılmalıdır ki, gündəmdə və Azərbaycanın tələblərində olsun?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, Qazaxın 7 kəndi ilə bağlı məsələ gündəmdən çıxarılmayıb: “Sadəcə, sülh danışıqları prosesində baş verən yeniliklər Qazaxın 7 kəndi məsələsində də ortaya çıxdı. Rusiya tərəfinin bir xahişi var ki, Azərbaycan onu nəzərə aldı. Sonuncu dəfə bilirsiniz ki, Qaragöldə 60 erməni əsgəri ilə bağlı da bir situasiya yaşandı. Gedişat bundan ibarətdir ki, bütövlükdə Paşinyan administrasiyasını qorumaq lazımdır. Sülhə doğru gedən proseslərdə, ümumiyyətlə, Azərbaycansy diktəsinə gedən, kapitulyasiyasını imzalayan bir şəxs kimi bizim maraqlarımıza uyğun adamdır. Bu baxımdan da Qazaxın 7 kəndi daxil olmaqla bu məsələlərin həmin an üçün icra olunması Paşinyan hakimiyyətinin sonu demək idi. Həmin an bunlar baş versəydi, sülh müqaviləsi imzalaması, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələ qalacaqdı. Sərhədlərin müəyyənləşdirilməsi böyük ölçüdə başa çatıb. Ardınca isə xalqların birgəyaşayışı gəlir. Müharibənin bitməsi ilə eyni ildə xalqların birgəyaşayışını təmin etmək mümkün deyil, ortada böyük nifrət, böyük faciələr, böyük müharibələr var.

Bu baxımdan da mütləq şəkildə bəlli zaman kəsiminə ehtiyac var. Siz fikirləşin ki, 9-10 noyabrda baş tutacaq danışıqlarla bağlı məlumat Ermənistan cəmiyyətinin özündən tirajlandı, bu Ermənistan cəmiyyətinin nəbzinin yoxlanması idi. Nəticə etibarilə Paşinyan onların bu istiqamətdəki etirazlarının limitini zorlamış oldu. Növbəti dəfə həqiqətən də müqavilə imzalanarsa Ermənistan cəmiyyəti ona bu həddə reaksiya göstərə bilməyəcək. Çünki çıxış yolu növbəti dəfə digər güclərin, revanşistlərin hakimiyyətə gəlməsi deyil. Onlar 30 il ərzində Ermənistan xalqına səfalətdən başqa heç nə verməyiblər. Deməli, yenə ümid yolu Paşinyandır və kommunikasiyaların açılmasıdır. Ona görə də Rusiya federasiyası prezidenti açıqlama verdi ki, sərhədlər SSRİ dönəmindəki Rusiya baş qərargahında olan xəritələr əsasında müəyyən olunacaq. Bu halda bilirsiniz ki, avtomatik şəkildə Kərki məsələsi də, Qazaxın 7 kəndi də həllini tapır. Ona görə də bu gündəmdən çıxarılmayıb. Sadəcə, əminəm ki, bağlı qapılar arxasında bu müddəa ilə bağlı razılaşma olduğu kimi qalır, amma ictimai rəyi formalaşdırmaq naminə verilən açıqlamada isə biz orada onun yer aldığını görmürük”.

Hərbi ekspert Emin Həsənli isə bildirdi ki, Azərbaycanın işğal altında olan bütün torpaqları qayıdacaq və Azərbaycan bir qarış da torpaq güzəştə getmir: “O cümlədən Naxçıvanın 1 kəndi və Qazaxın 7 kəndi məsələsi də 10 noyabr bəyannaməsində əksini tapıb. Ermənistan buna əməl etməlidir və həmin kəndlərdən ermənilər çıxmalıdır. Eyni zamanda separatçı rejim və onun tör-töküntüləri Qarabağdan rədd olmalıdır, Zəngəzur dəhlizi açılmalıdır. Bəzi məsələlər həllini tapdı, 3 rayon qaytarıldı, əsir və girovlar dəyişdirildi. Bəzi məsələlər hələ də qalır, onlar da həllini tapmalıdır. Azərbaycanın çox qəti mövqeyi var. BMT Təhlükəsizlik Şurası bəyanatlarının yerinə yetirilməsi Azərbaycan dövlətinin tələbidir. Ermənistan da buna əməl etməlidir, başqa yolu yoxdur. Dəmir yumruq da yerindədir. Bu dəfə cəzaları daha böyük ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, qondarma rejim rədd olmalıdır, dəymiş ziyana və zamanında törədilən soyqırımlara görə Ermənistan təzminat ödəməlidir, bu cinayətlərdə əli olan Köçəryan, Sərkisyan Azərbaycana təhvil verilməlidir. Azərbaycan xalqından üzr istəyib normal münasibət qurmalıdırlar. Əks halda biz dövlət olaraq onlara gələcəkdə də layiqli cavab verəcəyik”.




Paylaş:


Müəllif : Tarix:
13-11-2021, 11:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər