Erməniləri Azərbaycana qarşı ruslar qızışdırır - FAKT BUDUR!
“Ermənistan revanşizm hissi ilə alışıb-yanır, Azərbaycana qarşı təxribatlara son qoymaq istəmir. Rusiya və İran isə Azərbaycanı sıxmağa çalışır. Belə məntiqlə Azərbaycanı ram etmək istəyirlər. Çünki Azərbaycan çox məğrur formada bəyanatlar verir, deyir ki, yalnız Qarabağı deyil, bütövlükdə regionu idarə etmək imkanına malikdir. Bu da bəlli qüvvələrdə qıcıq yaradır. Mən hesab edirəm ki, son gərginliklər bununla əlaqəlidir”.
Bu sözləri Reyting.az-a professor Rüstəm Məmmədov son günlər Azərbaycan-Ermənistan sərhədində və Qarabağda yaranan hərbi gərginlikdən və erməni təxribatlarının səbəblərindən danışarkən deyib.
Təxribatların davam edib-etməyəcəyi mövzusuna gəldikdə, professor əlavə edib ki, ermənilərin başına daha bir dəmir yumruq dəyəcək və bundan sonra çox “rahat” olacaqlar: “Biz dövlət sərhədlərinin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların işlək vəziyyətə gətirilməsi haqqında danışırıq, amma buna paralel olaraq gərginlikləri də müşahidə edirik. Aranı qarışdırmaq niyyətləri ortadadır. Amma bu planların heç biri baş tutmayacaq. Azərbaycan Ordusu tam formada döyüşə hazırdır. Türkiyə də Azərbaycanın yanındadır. Azərbaycan çox məğrurdur, inamlıdır və ermənini yerində oturtmaq qüdrətinə malikdir”
R. Məmmədov bildirib ki, ermənilər Azərbaycana qarşı təxribatları Rusiyaya güvənərək törədir.
Professorun sözlərinə görə, ruslar Azərbaycanı özlərinə tabe etdirmək istəyirlər ki, bu da alınan məsələ deyil. “Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətindəki qanunsuz hallara qarşı çıxır, onların ərazidə müvəqqəti olduğunu qeyd edir. Bu isə Rusiyanın planına ziddir. Həmçinin İranla gərginlik fonunda Rusiyanın adı çəkildi və ruslar bundan qıcıqlandı. Baxmayaraq ki, heç nə edə bilmirlər. Sadəcə, erməniləri üstümüzə hürküdürlər. Amma bunun da bir sonu olacaq”,- deyə R. Məmmədov əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-11-2021, 19:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər