“General Muradovun ermənilərin dalınca qaçması biabırçılıqdır” - ETİRAZ
Rusiya sülhməramlılarının keçmiş komandiri, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradovun olduğu təyyarə ötən gecə Bakıdan İrəvana uçub. Muradov Bakıdan İrəvana baş leytenant Taron Saakyanın (1990-cı il təvəllüdlü) meyitini çatdırıb.
General Mudaov daha əvvəl erməni əsir və diversantların qarşı tərəfə təhvil verilməsi proseslərinə də vasitəçilik edib.
Burasa belə bir sual diqqət çəkir: meyit və əsirlərin təhvil-təslim prosesində niyə hələ də sülhməramlıların keçmiş komandiri iştirak edir? Axı hazırda Qarabağdakı rusiyalı sülhmaramlıların yeni komandanı var..
“General-leytenant Rüstəm Muradovun ermənilərin ardınca düşməsi doğurdan da başa düşülən deyil, sadəcə gülünc mənzərə yaradır. Ermənilər Rusiya üçün hansı mühim əhəmiyyəti kəsb edir ki, məsələyə general-leytenant rütbəsindəki şəxsi cəlb edirlər”.
Bu sözləri Modern.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, bu səfər Muradov istədiyinə nail ola bilmədi:
“Birinci bunu deyək ki, Bakıya gəlsə də, demək olar əliboş qayıtdı. Muradovun Bakıya təyyarə ilə gəlib-getməsi o demək idi ki, “biz olmasaydıq siz batardınız”. Amma Azərbaycan tərəfi Rüstəm Muradovu əliboş qaytardı. Bir meyiti veriblər ki, tamam rüsvayçılıq olmasın. Ümumiyyətlə, baş verənlər nə qədər qəribə səslənsə də, həmin adamın sərhəddə olanlarda böyük payı var.
Özünün vəzifə borclarını normal yerinə yetirə bilsəydi, bu hadisələr olmazdı”.
Ü.Cəfərov qeyd edib ki, son hadisələrdən sonra Rusiya müdafiə naziri Şoyqunun Muradovu təcili məzuniyyətdən geri çağırması, proseslərə cəlb etməsi daha dərin məsələlərdən xəbər verir:
“Muradovun insan alveri ilə məşğul olan çoxlu erməni dostları var. Vaxtı gələcək, biz çox faktların səbəbini öyrənəcəyik. Həmin ermənilərin dəyişdirilməsini Muradov və onun Ermənistandakı birgə yeyib-içdiyi dostları hansı formada yerinə yetiriblər, ictimaiyyətə hələ məlum deyil.
Rusiya tarixində belə rüsvayçı sülhyaratma missiyası olmamışdı. General-leytenant rütbəsində olan şəxs terrorçuların arxasıyca düşür, onları müdafiə edir.
Ermənistandakı 102-ci baza və rus sülhməramlıları Cənub Federal Hərbi Dairəsinə tabedir. Amma Rüstəm Muradov kimi generalın üç-beş terrorçu erməninin arxasınca düşməsi anlaşılan deyil. Sadəcə, burda çox biabrçı və gizli məqamlar var. Onları da bir müddət sonra eşidəcəyik. Burada “gözəl şans” yaranmışdı, amma Bakı həmin şansı onlara tanımadı”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-11-2021, 13:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər