reklam
Regionxeberlericom.az » Siyasət » Türk qoşunları Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilir? - Polkovnikdən açıqlama

reklam

Türk qoşunları Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilir? - Polkovnikdən açıqlama















Son sərhəd toqquşmalarından sonra təxribatçı Ermənistan hərbi yardım üçün KTMT-yə müraciət edib. Lakin KTMT tərəfindən bu müraciətə adekvat cavab gəlməyib. Lakin hazırda Ermənistan cəmiyyətində Rusiya ordusunun Azərbaycanla sərhədində yerləşdirilməsi ilə bağlı çağırışlar var. Analoji olaraq Azərbaycan cəmiyyəti də türk qoşunlarının sərhəddə yerləşdirilməsi təklifləri səslənir.

Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Ermənistanda sərhəd xidməti və yaxud qoşunları, sadəcə formal olaraq mövcuddur:

“Bu ölkədə müdafiə funksiyaları və ona nəzarət rusların ixtiyarındadır. Əgər ermənilər öz güclərinə inanmırlarsa, erməni ordusunda isə mənəvi-psixoloji vəziyyət çox gərgindir, sərhəddə kimi istəyirlər gətirsinlər. Ermənistanla dövlət sərhədini kimin qoruyacağının bizim üçün fərqi yoxdur”.

Hərbi ekspert əlavə edib:

“Türk qoşunlarının Azərbaycan sərhədini qorumağına gəlməsinə, buna ehtiyac görmürəm. Türkiyə qardaş ölkəmizdir və 44 günlük müharibə vaxtı Azərbaycana siyasi-mənəvi dəstək göstərib. Ancaq hazırda Azərbaycan sərhədlərini türk hərbçilərinin qorumasına lüzum yoxdur. Əgər ehtiyac olarsa, Azərbaycan müraciət edər.

Son sərhəd toqquşmalarında Azərbaycanın Ermənistana cavabı yetərli oldu. Ona görə də, sərhədləri kimin qoruması məsələsi hazırda Azərbaycan rəhbərliyinin gündəmində deyil”.

Şair Ramaldanov vurğulayıb ki, Ermənistan bu sayaq təkliflərlə bir daha öz gücsüzlüyünü göstərir:

“Əgər Ermənistan tərəfdə Rusiyanın sərhədçiləri duracaqsa, bizim üçün daha yaxşı. Biz Rusiya ilə düşmən deyilik, Ermənistan bizə düşmən kəsilib. Əsas odur ki, Ermənistan dövlət sərhədimizi tanısın. Delimitasiya və demarkasiya məsələləri həll olunandan sonra erməni torpaqlarını kimin qoruması onların daxili işidir”.




Paylaş:


Müəllif : Tarix:
18-11-2021, 17:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər