Zəngəzur dəhlizi ilə bağlı danışıqların İLKİN 7 BƏNDİ – Sərhəd məsələsi həll edilib?
Bəzi KİV və sosial mediada yayılan xəbərlərə görə, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar start götürüb. Əsas müzakirə predmetinin isə 7 bənddən ibarət olduğu iddia edilir. Həmin nüansların məzmunu nədir?
Sabiq dövlət müşaviri Qabil Hüseynlinin fikrincə, ilk müzakirə mövzusu dəhlizin açılmasıdır. Ermənilər buna razılıq versələr də, verməsələr də “əsas məsələ Rusiyanın tutduğu mövqedir”.
Bizim.Media-ya eksklüziv şərhində professor bildirib ki, kommunikasiyaların açılması Kremlin də maraq dairəsindədir.
Hətta bəzi hazırlıq işlərinin getdiyi barədə məlumatlar var:
“Digər mühüm məsələ Zəngəzur bölgəsində sərhədlərin dəqiqləşdirilməsidir. Yəni, demarkasiya və delimitasiya işləridir. Bu məsələdə Rusiya hər iki tərəfə müəyyən təkliflər verir. Bizi qane etməyən məsələ ondan ibarətdir ki, Rusiya prezidenti Putin Valday konfransında sərhədlərin müəyyənləşdirilməsinin 1920-ci illərin əvvəllərindəki topoqrafiya xəritələrinə (hərbi xəritə) əsaslanaraq aparılacağını bildirib. Bugünlərdə isə Kremlin mətbuat katibi Peskov vurğulayıb ki, sərhədlərin 1975-ci ildən sonrakı hərbi xəritələrlə dəqiqləşdirilməsi nəzərdə tutulub. Hesab edirəm ki, gündəlikdə bu məsələlərin müzakirəsi mühüm yer tutacaq”.
Çünki Azərbaycan Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana necə verilməsini aşkara çıxartmaq istəyir. Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycandan qoparılaraq Ermənistana “pay” kimi verilən torpaqların ümumi həcmi 24 min kv.km-dir:
“Bu torpaqları geri qaytarmaqda müəyyən müqavimətlə üzləşəcəyik. Qərb dünyası məsələnin mahiyyətinə varmadan Ermənistanın tərəfindədir. Ancaq heç olmasa, sərhədlərimizin həmin xəritələrə uyğun çəkilməsini təmin etməyə çalışmalıyıq və çalışacağıq. Rusiya özünün obyektiv moderatorluğunu elan edib. İndi bu obyektivliyin özünü nə dərəcədə təzahür etdirəcəyini hələ söyləmək çətindir. Hər halda son 1 günlük müharibədən sonra Azərbaycanın erməni ordusu üzərində qazandığı şanlı qələbə erməniləri əməlli-başlı ayıldıb desək, yanılmarıq. İndi onlar həm sülhə can atırlar, həm də sərhədlərin dəqiqləşdirilıməsində maraqlıdırlar. Bununla belə, Qarabağdakı bir ovuc erməni separatçılarına status verilməsi məsələsini də yaddan çıxarmırlar”.
Eks dövlət müşaviri fikrini belə tamamlayıb ki, Zəngəzurla bağlı danışıqlara hələki rəsmi surətdə yox, sadəcə sərhədlərin dəqiqləşdirilməsi istiqamətində başlanılıb:
“Sərhədlərin dəqiqləşdirilməsi də şübhəsiz ki, cənub sərhədlərindən – Zəngəzur bölgəsindən başlamalıydı və elə də olub”.
Xatırladaq ki, erməni mətbuatı da bu barədə yazaraq “Qafandan İrana qədər sərhədlərin Azərbaycanın xeyrinə həll olunduğunu” bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-11-2021, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər