Prezidentlərin Brüssel GÖRÜŞÜ - Şərtləri masaya Azərbaycan qoyur
Avropa İttifaqı Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin hər zaman siyasi dialoqa açıq olduğunu, bu kimi təmasları müsbət qarşıladığını və Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə razılıq verildiyini açıqlayıb.
Eyni zamanda Ermənistan tərəfi də görüşə razılıq verib.
Bəs görüş nə vəd edir, hansı məsələlər prioritet olacaq, Ermənistanın Rusiyanın deyil, Aİ-nin təklifini qəbul etməsinin səbəbi nədir?
Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a açıqlamasında bildirib ki, görüş Azərbaycanın regionda sülh yaratmaq istəyinin nəticəsidir:
“Dünya müharibə tarixi sübut edir ki, adətən, qalib ölkələr qarşı tərəfə sülh təklifini vermirlər, əksinə məğlub olan dövlət bu addımı atır. Amma indiki vəziyyətdə Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycan bu addımı atır. Bu görüş Avropa İttifaqının rəhbərinin təklifindən sonra meydana çıxıb. Biz burada Paşinyan hakimiyyətinin Qərb arenasına xitab etməsini, onların maraqlarını ödəməsini, yalnız Rusiyanın vasitəçiliyini deyil, həmçinin regiona digər hərbi qüvvələrin gəlməsini istədiyini görürük. Ardınca burada NATO-nun yer alması üçün cəhdlər göstərir.
Xüsusilə də, 16 noyabrda sərhəd ərazilərində toqquşma zamanı Rusiyaya deyil, NATO-ya müraciət edə biləcəklərini dilə gətirdi. Ermənistan hakimiyyətinin beynində hələ də beynəlxalq münaqişəyə düşmək istəkləri var. Amma deyək ki, Brüsseldə keçirilən görüş Moskva danışıqlarını əvəz etməyəcək. Amma kimin vasitəçiliyilə olmasından asılı olmayaraq, Azərbaycanın müsbət nəticələr əldə etməsi mövcuddur”.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov qeyd edib ki, baş tutacaq görüşdə Azərbaycan qalib tərəf kimi öz şərtlərin irəli sürəcək:
“Eyni zamanda, Ermənistanın təxribatçı davranışları, sülhə yaxın durmaması səbəbilə adətən Rusiyanın iştirakı ilə dövlət rəhbərləri arasında görüşlər olurdusa, indi bir az fərqlidir. Bu görüş Azərbaycan üçün geniş üstünlüklər vəd edir. Ermənistan üçün isə bölgədəki iqtisadi böhrandan qurtuluşla bağlı şərait yaradır. Görüş zamanı sərhədlərin delimitasiyası və demarkasiyası əsas müzakirə məsələsi olacaq. Eyni zamanda Zəngəzur dəhlizi məsələsi də xüsusi mövzu olaraq müzakirəyə çıxarılacaq.
Paşinyanın isə Rusiyanın deyil, Aİ-nin təklifini qəbul etməsi özbaşına deyil. Paşinyan Qərbin arzulanan adamı olmasına baxmayaraq, Rusiyadan hələ də asılıdır. Ona görə də müstəqil şəkildə Aİ-nin təklifini qəbul etdiyini düşünmürəm. Təbii ki, Rusiyanın icazəsini aldıqdan sonra görüşdə iştirak edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-11-2021, 14:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər