Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
“Brusseldə baş tutacaq və ehtimal ki, uğursuzluqla nəticələnəcək görüşdən sonra 2022-ci ilin ilk həftələrində Putinin təşəbbüsü ilə prezident İlham Əliyev və Paşinyan arasında Soçidə və ya Moskvada görüş keçiriləcək”.
Bu sözləri dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutacaq görüşə Rusiyanın sakit reaksiya verməsinin səbəblərini dəyərləndirən siyasi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Putinin susqunluğunun əsas səbəbi Kremlin istənilən kənar gücün tərəflər arasında vasitəçilik etməsinə və mövcud problemi həll etməsinə verəcəyi töhfələrə razı olduğunu göstərməkdir. Halbuki Azərbaycan-Ermənistan gərginliyinin Kremlin vasitəçiliyi olmadan həll olunması mümkün deyil:
“Reallıq budur ki, Kreml vasitəçiliyi olmadan indiki halda Avropa İttifaqının Ermənistan və Azərbaycan arasındakı gərginliyi həll edə bilməsi çətindir. Çünki Kremlin prosesə yanaşması, Zəngəzur dəhlizi ilə bağlı təklifləri Bakı üçün məqbuldur. Brusselin edəcəyi təklif isə çox güman ki, 27 il ərzində ATƏT-in Minsk Qrupunun təkliflərindən fərqlənməyəcək. Bu fonda dekabrın 15-də Brusseldə keçiriləcək görüşdə Bakı və İrəvanın bu və ya başqa formada ortaq məxrəcə gələcəyi gözlənilən deyil.
İkincisi, bu görüşün Brusseldə keçirilməsi həm də Putinə Ermənistandakı qərbpərəstlərin gücünü azaltmaq baxımından vacibdir. Çünki dekabrın 15-də Brüsseldə keçiriləcək görüş nəticəsiz olarsa və bu görüş sonrası Kreml yenidən üçtərəfli görüş keçirərək nəyəsə nail olsa, bu, həm Aİ-nin nüfuzuna zərbə vuracaq, həm də Kreml faktorunun əhəmiyyətini artıracaq. Bu mənada Brusseldə baş tutacaq və ehtimal ki, uğursuzluqla nəticələnəcək görüşdən sonra 2022-ci ilin ilk həftələrində Putinin təşəbbüsü ilə prezident İlham Əliyev və Paşinyan arasında Soçidə və ya Moskvada görüş keçiriləcək. Elə həmin görüşdə də Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən yeni bəyanatın imzalanacağı gözləniləndir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-11-2021, 12:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər