Əli İnsanov və Əli Kərimli görüşdülər – FOTO
Bu gün AXCP sədri Əli Kərimli ilə Haqq Ədalət Partiyasının sədri Əli İnsanov arasında görüş olub.
Musavat.com xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Seymur Həzi sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, tərəflər ictimai -siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Sözügedən görüşlə bağlı HƏP mətbuat xidməti də məlumat yayıb. Məlumatda bildirilir ki, HƏP siyasi liderlərlə görüşləri davam etdurur: “Bu gün, 2021-ci il noyabrın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Haqq Ədalət Partiyasının sədri Əli İnsanov arasında görüş keçirilmişdir. Tərəflər Azərbaycanda mövcud olan ağır ictimai-siyasi durumu, regionda və dünyada baş verən hadisələri ətraflı müzakirə etmişlər. Əksər məsələlərdə hər iki tərəfin mövqeyi üst-üstə düşdüyü qeyd olunmuşdur. Görüş qarşılıqlı anlaşma şəraitində keçmişdir. Belə görüşlərin əhəmiyyəti xüsusi vurğulamış və davam etdirilməsinin vacib olduğu qeyd olunmuşdur”.
Görüşdə AXCP sədrinin müavini Seymur Həzi və HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli iştirak ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-11-2021, 21:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər