“Brüssel görüşü Rusiyanı tələsməyə vadar edir, çünki...”
“Sülhyaratma prosesini əgər bir marafona bənzətsək deyə bilərik ki, Rusiya bu marafonun daha tez başa çatmasını istəyir”.
Bunu politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçidə imzaladıqları üçtərəfli bəyanatı şərh edərkən bildirib. O qeyd edib ki, Soçi görüşündə imzalanan bəyanatda sülhə çağırış ifadələri yer alıb:
“Bəyanatda həmçinin, sərhədlərin demarkasiya və delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı siyasi iradənin orataya qoyulmasına dair çağırış var. Əsasən Rusiyanın moderatorluğu ilə keçirilən bu görüşün yekun bəyanatı da Rusiyanın birgə iştirakı ilə razılaşdırılıb. Bəyanatdan belə görünür ki, Rusiya sülhyaratma prosesini sürətləndirmək istəyir. Çünki Qərbi Avropanın, xüsusilə Fransanın proseslərə müdaxilə etməsi və dekabrın 15-də İlham Əliyevlə Paşinyan arasında keçiriləcək Brüssel görüşü Rusiyanı tələsməyə vadar edir. Həm İlham Əliyev və həm Nikol Paşinyanla görüş zamanı Rusiyanın məsələləri sürətləndirmək istəyi aydın görünürdü”.
Politoloq bildirib ki, proseslər Soçi görüşündən sonra daha mürəkkəb mərhələyə qədəm qoyur:
“İndiyə kimi Rusiya prosesi nəzarət altında saxlayırmış kimi görünməyə və astagəllik edirdi. Lakin Rusiya ortada Fransa və ABŞ faktorunun mövcud olduğunu gördükdən sonra sülhyaratma prosesini sürətləndirməyə qərar verdi və buna var qüvvəsini qoya biləcəyini göstərdi. Hesab edirəm ki, bütövlükdə proseslər Rusiyanın nəzarətindən çıxmayacaq və Soçi prosesi kimi tarixə daxil olacaq. Buna görə də bəyanatda kompromislərə və qarşılıqlı güzəştlərə çağırış var. Düşünürəm ki, proseslər Soçi görüşündən sonra daha mürəkkəb mərhələyə qədəm qoyur. Çünki tərəflər arasında bütün məsələlərin razılaşdırılması prosesi intensiv qaydada aparılmalıdır. Sülhyaratma prosesini marafona bənzətsək, Rusiya bu marafonun tez başa çatmasını istəyir”./Redaktor.az
Paylaş:
Müəllif : Fuad
Tarix:28-11-2021, 20:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər