reklam
Regionxeberlericom.az » Siyasət » Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!

reklam

Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!















İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən 15-ci Zirvə Toplantısı Soçi razılaşmasının ardından Azərbaycanın siyasi strategiyasında növbəti uğurlu addım oldu. İƏT-ə üzv olan dövlətlər Azərbaycanı qələbə münasibətilə təbrik etdi və yekun hesabatlarda dəhliz anlayışı birmənalı olaraq regional status qazandı. Bu hesabatlarda dəhliz anlayışı həm də “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapır. Bu isə Zəngəzur dəhlizi deməkdir və dəhlizin bölgədə marağı olan dövlətlər üçün strateji əhəmiyyətə malik olduğunun göstəricisidir. Toplantının digər bir mühüm məqamı isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrlə bağlıdır.

KTMT-yə üzv olan ölkələrdən 4-ü İƏT-də Azərbaycanın müttəfiqidir. Onların yekun sənəddə Azərbaycanın mövqeyini müdafiə etməsi Ermənistana növbəti bir zərbə oldu. Ermənistan dəfələrlə qurumu Azərbaycanla qarşıdurmaya sövq etməyə çalışıb. Lakin məqsədinə nail ola bilməyib. Sərhəd təxribatlarının arxasında duran əsas amil də məhz təşkilatı münaqişəyə cəlb etmək və Azərbaycana qarşı güc balansı formalaşdırmaq idi. KTMT-yə üzv olan ölkələr isə reallığı düzgün qiymətləndirərək, Ermənistanın çağırışlarına heç bir reaksiya göstərmirdi. İƏT-in Zirvə Toplantısında KTMT-yə üzv olan ölkələrdən 4-nün Azərbaycanı qələbə münasibətilə təbrik etməsi və qəbul edilən hesabatlarda dəhlizin strateji əhəmiyyətinin qeyd edilməsi Ermənistanın acı duruma düşdüyünün nümayişidir. Bununla Ermənistan təşkilatda “ofsayd”da qaldı. Bütün bunlar Azərbaycanın növbəti uğuru, Ermənistanın isə məğlubiyyət seriyasının davamıdır.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, bu, şübhəsiz ki, Azərbaycanın diplomatik qələbəsidir. Onun sözlərinə görə, KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq, Azərbaycanı dəstəkləyir:

“Burada müasir dünyanın görkəmli diplomatlarından biri olan Prezident İlham Əliyev şəxsiyyətinin rolu olub. Bu, gözlənilən diplomatik qələbədir, Azərbaycan rəhbərliyinin bütün illik fəaliyyətinin nəticəsidir”. Markov vurğulayıb ki, Ermənistanla qarşıdurmada Azərbaycan əksər dövlətlərdən, o cümlədən postsovet məkanındakı ölkələrdən böyük dəstək alır: “Qırğızıstan, Tacikistan və Qazaxıstandan başqa, Belarusun da adı çəkilməlidir ki, onlar da Azərbaycana, hətta konkret olaraq silahla da fəal dəstək verirlər. Belə böyük dəstəyin olmasının bir neçə səbəbi var. Birincisi, BMT-nin bütün üzvləri bilir ki, Təhlükəsizlik Şurasının qətnamələri var ki, Qarabağ Azərbaycandır və işğala son qoyulmalıdır. Bundan başqa, hamı bilir ki, Azərbaycan ədalətli mövqe tutur. Bu ərazilər həmişə Azərbaycanın olub. Bunun sübutu Xocalıdakı soyqırım, kütləvi etnik təmizləmədir. Bütün bunlar müxtəlif ölkələri məhz Azərbaycanı dəstəkləməyə sövq etdi. Bir çox dövlətlərdə Ermənistana kifayət qədər kritik münasibət bəsləyirlər. Hələ sovet dövründə, indi olduğu kimi, Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı ölkə olub. Ermənistan isə həmişə monomillətli, ultra-millətçi ölkə olub və belə də qalır”.

Siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Azərbaycan xalqı və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik təsadüfi deyil. Ekspert vurğulayıb ki, bu, ölkəmizin beynəlxalq nüfuzuna, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə verilən yüksək dəyər, Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir:

“Azərbaycana təbrik ünvanlayan ölkələrdən üçünün Ermənistanın da təmsil olunduğu KTMT üzvü olması isə Aşqabad Bəyannaməsində ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı yer alan məqamların əhəmiyyətini daha da artırır. Bu isə şübhəsiz ki, Prezident İlham Əliyevin növbəti diplomatik uğuru və qələbəsidir. Xatırladım ki, Prezidentin KTMT üzvü olan dövlətlərlə qurduğu yüksək səviyyəli münasibətlər, hələ müharibə cinayətkarı Serj Sarkisyanın Ermənistana rəhbərlik etdiyi dönəmdə rəsmi İrəvanın sözügedən təşkilat daxilindəki provokasiya xarakterli addımlarının qarşısını alıb. Ölkəmizlə olan ikitərəfli münasibətlərin üzv dövlətlər üçün Ermənistandan daha böyük əhəmiyyətə malik olduğu gerçəkliyini ortaya qoyub. İƏT-də təmsil olunan KTMT üzvlərinin - Qazaxıstan, Qırğızıstan və Tacikistanın digər üzv dövlətlərlə birlikdə Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmələri ölkəmizlə olan münasibətlərə verilən yüksək əhəmiyyətlə yanaşı, Ermənistana olan münasibəti də əks etdirir. Bəlli olur ki, Ermənistan, hətta təmsil olunduğu hərbi-siyasi blokda da heç bir dəyərə malik deyil. Bu ölkə ilə normal müttəfiqlik münasibətləri qurmağın, yaxından əməkdaşlıq etməyin də faydası yoxdur. Ermənistandan hətta ən prinsipial dəstək qarşılığında belə prinsipial dəstək gözləməyə, müttəfiqlik münasibətlərinə sadiq qalacağına ümid bəsləməyə dəyməz”.

E.Mirzəbəyli bəyan edib ki, Aşqabad Bəyannaməsində yer alan ən önəmli məqamlardan biri də, üzv ölkələrə Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurulma layihələrinə investisiya yatırmaq çağırışıdır:

“Bu çağırış eyni zamanda, İƏT-lə yanaşı KTMT üzvü olan ölkələrin də Azərbaycan ərazilərinin yenidən qurulması prosesində fəal iştirak edəcəklərini, həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrə investisiya yatıracaqlarını ifadə edir. Yəni Ermənistanın de-yure hərbi-siyasi müttəfiqi olan dövlətlər bu ölkənin Azərbaycan torpaqlarında misli görünməmiş vəhşiliklər törətdiyini rəsmən bəyan edirlər. Bərpa prosesinə qatılmaqla erməni vandalizminə, vəhşiliyinə olan münasibətlərini dilə gətirirlər”.

Millət vəkili Arzu Nağıyev də bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin məhz Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər günü münasibətilə təbrik etməsi mühüm məsələdir:

“Əsas məqam ondan ibarətdir ki, Ermənistan da KTMT üzvüdür. O baxımdan Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın bu təbrikə qoşulması təqdirəlayiq haldır. Onlar İslam Əməkdaşlıq Təşkilatının üzvü olmaqla yanaşı, eyni zamanda Ermənistanın üzv olduğu KTMT-nin də üzvləridirlər. Quruma üzv olan dövlətlər Azərbaycana dəyər verir. Türk dünyasında, ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyi məkanında da Azərbaycanı ciddi, öz sözünü demiş, qalib bir dövlət kimi qəbul edir və tanıyırlar”.




Paylaş:


Müəllif : Tarix:
30-11-2021, 11:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər